Aktrisa özünə bəraət qazandırdı: “Koronavirusun əlacını reklam etməmişəm”
Tarix: 26-02-2020 16:54 | Bölmə: Mədəniyyət
Aktrisa özünə bəraət qazandırdı: “Koronavirusun əlacını reklam etməmişəm”

Koronavirusa qarşı olduğu iddia edilən içkini təbliğ etdiyinə görə məsuliyyətə cəlb edilmiş iranlı kino aktrisa Behnuş Bəxtiyari yeni “İnstaqram” yazısı ilə diqqət mərkəzinə düşüb.

Reyting.az
“Akharinkhabar”-ə istinadla xəbər verir ki, Bəxtiyari səhifəsində yazıb:

“Hörmətli İran xalqı, kiber məkanda bəndənizin yaydığı bir videoya dair izahat verməliyəm.

Mən bu video ilə “Corona”-nın müalicəsini nəzərdə tutmuram. Xəstəliyin öhdəsindən gəlmək üçün bütün mütəxəssislərin tövsiyəsi qaraciyərin immunitet sistemini gücləndirməkdir. Qaraciyər və ağciyərlər üçün bitki mənşəli məhsullardan istifadə edilməlidir.

Təəssüf ki, bu videodan sonra yanlış anlaşılmazlıqlar, o cümlədən mənə və nüfuzlu bir istehsal şirkətinə qarşı kütləvi hücum başlayıb. Buna çox üzüldüm. Əslində, nə mən, nə də həmin şirkət koronavirusun müalicəsi ilə bağlı heç bir iddia irəli sürməyib”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər