16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Xalq rəssamı ilə bağlı videoçarx hazırlanıb - Foto
Tarix: 07-08-2020 12:13 | Bölmə: Mədəniyyət
Xalq rəssamı ilə bağlı videoçarx hazırlanıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Toğrul Nərimanbəyovun rənglər dünyası” adlı videoçarx hazırlayıb.

Reyting.az
xəbər verir ki, SSRİ-nin və Azərbaycanın xalq rəssamından bəhs edən videoçarx “Instagram” və “facebook” sosial şəbəkələri üzərindən geniş istifadəçi auditoriyasına təqdim edilib.

Videoçarxda Toğrul Nərimanbəyovun bir sıra kədərli hadisələr, repressiyalar, məhdudiyyətlər və ayrılıqlarla müşayiət olunan uşaqlıq illəri, əzmkarlıq, zəhmət ilə cızılan gənclik illəri haqqında məlumatlar öz əksini tapıb.

Hazırlanan çarxda görkəmli rəssamın mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı parlaq əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə fərqlənməsinə dair nümunələr gətirilib. Bundan əlavə, materialda istedadlı fırça ustasının həm də opera ifaçısı olması, klassik operalardan, xüsusilə İtaliya bəstəkarlarının əsərlərindən ariyaları peşəkar səviyyədə ifa etməsi də vurğulanıb.

Videoçarxda Toğrul Nərimanbəyovun təltif edildiyi mükafatlar haqqında da məlumat verilib. Sözügedən videoçarxda rəssamın əsərləri, həmçinin də özünün şəxsi foto şəkilləri və videomaterialları da yer alıb.

Xalq rəssamı ilə bağlı videoçarx hazırlanıb




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}