İtaliyada vəfat edən opera müğənnisinin nəşi Azərbaycana gətiriləcək
Tarix: 12-08-2020 12:07 | Bölmə: Mədəniyyət
İtaliyada vəfat edən opera müğənnisinin nəşi Azərbaycana gətiriləcək

Opera müğənnisi Eldar Əliyevin nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət olunub: “Onun nəşinin vətənə gətirilməsi üçün şəxsi pasport məlumatlarına ehtiyac var. O, sonuncu dəfə 2000-ci ildə pasport alıb. Arxiv məlumatlarını əldə etdikdən sonra müvafiq sənədlər toplanılaraq İtaliyanın Azərbaycandakı səfirliyinə müraciət olunacaq”.

Qeyd edək ki, İtaliyada çalışan opera müğənnisi Eldar Əliyev avqustun 4-də Milan şəhərində 49 yaşında vəfat edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}