Mədəniyyət Nazirliyi: "Sosial məsafəni gözləməklə film çəkilişlərinə başlanılıb"
Tarix: 20-08-2020 19:02 | Bölmə: Mədəniyyət
Mədəniyyət Nazirliyi: "Sosial məsafəni gözləməklə film çəkilişlərinə başlanılıb"
“Sanitar-epidemioloji tələblərə əməl etmək və sosial məsafəni gözləməklə film çəkilişlərinin həyata keçirilməsinə başlanılıb”.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunur ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əsasən, ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunub, o cümlədən, insanların kütləvi toplaşması ilə müşahidə olunun sahələrin fəaliyyəti dayandırılıb: “Sözügedən qərarlarda konkret olaraq kino istehsalı ilə bağlı məsələ qeyd edilməsə də, digər sahələrlə yanaşı, kino çəkilişlərində də bir çox insanların toplaşması zərurəti olduğuna görə ölkədə bu istiqamətdə də işlər saxlanılmışdı. Operativ Qərargah tərəfindən həyata keçirilən yumşalma tədbirlərinə və bir çox qadağaların aradan qaldırılmasına uyğun olaraq, sanitar-epidemioloji tələblərə əməl etmək və sosial məsafəni gözləməklə film çəkilişlərinin həyata keçirilməsinə başlanılıb”/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər