Operativ Qərargahdan toylarla bağlı - Açıqlama
Tarix: 21-08-2020 18:03 | Bölmə: Mədəniyyət
Operativ Qərargahdan toylarla bağlı - Açıqlama

“Ölkədə karantin qaydaları Nazirlər Kabineti yanında Operativ Qərargah  tərəfindən tənzimlənir. Bu qərarlar Baş Nazir tərəfindən, dövlət tərəfindən verilir. Bu qaydalara riayət etmək hər kəsin borcudur. Mən buna sadəcə olaraq həkim kimi münasibət bildirə bilərəm”.

Reyting.az
xəbər verir ki, bunu Operativ Qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

TƏBİB rəsmisi bildirib ki, bu proseslərin qiymətləndirilməsi aidiyyatı orqanlar tərəfindən aparılır: "Bundan əlavə, aidiyyatı orqanlar reydlər keçirir. Çatışmazlıqlar aradan qaldırılmalıdır. Biz yeni qaydalarla yaşamağa öyrənməliyik”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər