16:57 / 17-10-2025
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Fotolar
16:46 / 17-10-2025
AMEA Ramiz Mehdiyevlə bağlı məhkəmə qərarını gözləyir
16:20 / 17-10-2025
Departament rəisi vəzifədən azad edilib
16:14 / 17-10-2025
Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib
16:00 / 17-10-2025
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək
15:30 / 17-10-2025
Ramiz Mehdiyev 7 saat dindirilib?
15:04 / 17-10-2025
Ermənistan vətəndaşlarının məhkəməsi davam edir
14:47 / 17-10-2025
Maliyyə Nazirliyi: pensiya sisteminin maliyyə dayanıqlılığında hər hansı risk yoxdur
14:29 / 17-10-2025
Prezident konfrans iştirakçılarına müraciət edib
14:15 / 17-10-2025
"Azəristiliktəchizat"ın "Azəriqaz"a borcu açıqlanıb
14:09 / 17-10-2025
Emin Hüseynov: "Füzuli şəhərində artıq 3 mindən çox əhali yaşayır"
13:49 / 17-10-2025
Robot azyaşlı dostu ilə kövrək şəkildə vidalaşıb
13:17 / 17-10-2025
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
13:12 / 17-10-2025
Avropada şərab istehlakı azalır
13:01 / 17-10-2025
Qurban Qurbanov yeni biznesə başlayıb
12:58 / 17-10-2025
Milyarder iş adamı məşhur aktyorları qəzəbləndirib
12:50 / 17-10-2025
Sabah yağış yağacaq - Proqnoz
12:48 / 17-10-2025
Milli Məclisin plenar iclasının vaxtı elan olunub
12:43 / 17-10-2025
Paşinyan katolikosun ailəsinə hücum edir
12:30 / 17-10-2025
Gizir və miçmanların həqiqi hərbi xidmət müddəti artırılır
12:11 / 17-10-2025
Professor: Ramiz Mehdiyev yüksək vəzifələrə 900-dən çox kadr yerləşdirib
12:05 / 17-10-2025
"Hakimlər haqqında" qanuna dəyişikliklər qəbul olunub
12:05 / 17-10-2025
Azərbaycanın xarici dövlət borcu azalıb
11:57 / 17-10-2025
Yasamaldakı silahlı insident: iki nəfər saxlanılıb
11:45 / 17-10-2025
Əkrəm Əylisli: "Bu mövzuda danışamaq mənim üçün çox çətindir”
11:18 / 17-10-2025
Xaricdə yaşayan blogerlərin məhkəməsi başlayıb
11:17 / 17-10-2025
Bir qrup QHT rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
11:05 / 17-10-2025
Parlament prezident və birinci xanıma təbrik məktubu ünvanlayıb
10:57 / 17-10-2025
Üç tanınmış hakim təqaüdə göndərilir
10:47 / 17-10-2025
Ruslar Krivoy Roqa kütləvi hücuma keçib
18:07 / 12-10-2025

17:37 / 15-10-2025

12:30 / 13-10-2025

10:12 / 13-10-2025

22:14 / 14-10-2025

08:06 / 13-10-2025

12:11 / 17-10-2025

12:32 / 13-10-2025

14:10 / 16-10-2025

13:21 / 15-10-2025

13:38 / 13-10-2025

17:10 / 12-10-2025

Tanınmış memar Qarabağda ucaltmaq üçün Qələbə Abidə Kompleksi üzərində işləyir - Müsahibə
Tarix: 15-09-2020 17:06 | Bölmə: Mədəniyyət

Koronavirus həyatın bütün sahələrinə öz mənfi təsirini göstərməkdədir. Mütəxəssislər dünyanı cənginə alan pandemiyanın fəsadları, COVİD-19 adlı bəladan qurulmağın yollarını arayır, təkliflərini səsləndirirlər.
Həmsöhbətimiz, Türkdilli Ölkələrin Beynəlxalq Araşdırmaları Elmlər Akademiyasının professoru, Hannover Elmlər Akademiyasının akademiki, Ümumdünya Reklamçılar Assosiasiyasının və Azərbaycan Memarlar İttifaqının üzvü, bir çox yeni formatlı və maraqlı layihələr müəllifi, memar Cahid Həsənov hesab edir ki, koronavirus böyük şəhərlərdə çeşidli problemlər üzə çıxarır.
Reyting.az C. Həsənovun müsahibəsini təqdim edir:
- Cahid bəy, artıq neçə aydır ki, koronavirus pandemiyası ilə bağlı elan edilən karantin rejimində yaşayırıq. Xüsusi ilə paytaxtda yaşayan insanlar çeşidli problemlərlə üz-üzə qalırlar. İstərdik ki, məsələyə bu yöndən baxaq, pandemiyanın şəhərə, şəhərsalmaya yaratdığı çətinlikləri birlikdə müzakirə edək...
- Tarixən bəşəriyyət müharibələr, təbii fəlakətlər və xəstəliklərlə üzləşib. COVİD-19 pandemiyası eyni vaxtda az qala bütün dünyanı gözlənilmədən öz cənginə aldı. Bütün ölkələr kimi, Azərbaycan da təbii ki, bu vəziyyətə öncədən hazır deyildi. Pandemiyanın fəsadlarını azaltmaq, insanların sağlamlığını qorumaq üçün karantin, bəzi bölgələrdə isə hətta sərt karantin rejimi elan olundu. Qeyd etdiyim kimi, əvvəllər belə hallar olmadığı üçün əhalinin, xüsusilə paytaxtda yaşayan əhalinin karantin rejiminə uyğunlaşması bir qədər ağrılı keçdi, psixoloji basqı yaratdı.
Təsəvvür edin ki, müharibə zamanı hava hücumundan qorunmaq üçün əhalini sığınacaqlara yığır, insan itkisinin qarşısını bu yolla almağa çalışırlar. Koronavirusla mübarizədə isə durum fərqlidir, insanların toplu şəkilində bir yerə yığılması daha böyük fəsadlara yol aça bilir. Təəssüf ki, bəzi rayonlarda bunun acı nəticəsinin şahidi olduq.
- Bakı kimi şəhərdə insanları günlərlə evə qapatmaq, təmiz hava almaqdan belə məhrum etmək də çıxış yolu deyil...
- Ölkəmizdə koronavirus pandemiyası başlayan gündən Nazirlər Kabineti yanında Operativ Qərargah zəruri olan addımlar atdı və proses bu gün də davam edir. Sözsüz ki, qəbul edilən qərarlar, tətbiq olunan məhdudiyyətlər məcburiyyətdən doğur və burada əsas məqsəd insanların sağlamlığını, təhlükəsizliyini qorumaqdır. Təbii, bu qərarlara münasibət heç də birmənalı olmur, bayaq qeyd etdiyim kimi, ilk dəfədir ki, belə bir durumla üzləşirik.
Müxtəlif səbəblərdən ölkə əhalisinin xeyli hissəsi paytaxtda yaşayır. Bir neçə il öncə Bakıda tikinti bumu yaşandı, sürətlə göydələnlər tikilməyə başladılar, amma biz mütəxəssislərin təklifinə əksər hallarda qeyri-ciddi yanaşılıdı və inşaat işləri aparılan zaman tikinti normalarına ciddi əməl edilmədi. Bunun fəsadları da pandemiya dövründə bir daha üzə çıxdı. Birlikdə tanış bir mənzərəni gözlərimiz önündə canlandıraq. Hündür mərtəbəli yaşayış binasının sakini sərt karantin rejimi üzündən evdə qalmağa məhkumdur. Saatlarla evdə oturan insan balkona nəfəs almaq üçün çıxanda nə görür? Ətrafda ancaq göydələnlər, üzbəüz qonşuların qapı-pəncərələri. Belədə daha da əsəbiləşir, psixoloji gərginlik keçirir. Çünki bayaq dediyim kimi, tikintiləri apararkən yaşıllıq zolaqları salınmayıb, sakinlərin dincəlməsi üçün demək olar ki, 5-6 qarış yer saxlanılmayıb. Əgər hər hansı hündürmərtəbəli yeni salınmış yaşayış komplekslərinin ərazisində həmin sahənin 30 faizinə qədər yaşıllıq ərazisi olsaydı bu qədər gərginlik yaşanmazdı. Bu baxımdan yeni tikinti normativlərində bu vacib detalın nəzər alınması və məcburi olması mütəxəssis kimi məni sevindirir.
Bu gün də davam edən karantin dövründə paytaxtda yaşayan əhali uzun müddət, xüsusilə yay mövsümündə bölgələrə gedə bilmədi, təbiət qoynunda istirahətdən məhrum edildi, üstəlik, şəhər nəqliyyatının metro kimi vacib növü sərnişinlər üçün bağlı qaldı. Təbii, bu da şəhərdə həm sıxlıq yaratdı, həm də psioxoloji gərginliyə səbəb oldu. Düzdür, son günlər hər iki qadağa aradan götürülüb, həm rayonlara gediş-gəliş, həm də metronun fəaliyyəti bərpa edilib.
Məlum olduğu kimi, dünyanın bəzi ölkələrində COVİD-19 pandemiyasının ikinci dalğası başlayıb, biz də buna hazır olmalıyıq. Gələcəkdə Azərbaycanda da əgər belə hal müşahidə olunarsa, qərar verərkən şəhərin sıxlığının azaldılmasına xüsusi önəm vermək lazımdır.
Operativ Qərargahın həkimlərin, tibb mütəxəssislərinin rəyini əsas götürməsi başa düşüləndir, amma bəzi məsələlərdə şəhərsalma ilə məşğul olan insanların da fikrini öyrənmək ümumi işin xeyrinə olar məncə.
- Son hadisələr bir daha göstərdi ki, mətbuat, televiziya insanları maarifləndirmək üçün xeyli iş görməlidir. Bu məsələyə təsadüfən toxunmadım, siz mediada, telekanallarda tez-tez çıxışlar edir, sosial reklamlara diqqət ayırmağın vacibliyini qeyd edirsiniz...
- Həqiqətən də çox vacib bir məsələyə toxundunuz. Söhbətimizin əvvəlində qeyd etdiyimiz kimi, koronavirusla mübarizə bizim üçün yeni bir məsələ olduğu üçün insanlar təbii ki, nəyi necə etməyi bilmirdi. Karantin elan olunan ilk aylarda xüsusilə ortaya xeyli suallar çıxırdı. Təkcə telekanallarda deyil, açıq məkanda reklamlar vasitəsilə bu suallara cavab tapmaq olardı. Xüsusilə böyük şəhərlərdə buna daha çox ehtiyac var idi. Ümumiyyətlə, mənim düşüncəmə görə, bu gün gigenik qaydalar mövzusunda sosial reklamlara böyük ehtiyac var. Bunu da standart hazırlamaq vacib deyil, hər şəhər və region üçün ayrıca, necə deyərlər, yerli şəraiti nəzərə alıb reklamlar hazırlanmalıdır.

Televiziya kanallarında bəzən nümayiş etdirilən çarxlar texniki qaydaları insanlara çatdırır, bu, öz-özlüyündə yaxşıdır, amma açıq məkanlarda bunu insanlara tamam başqa formada çatdırmaq olar. Bunun üçün mütəxəssislər dəvət olunmalı, daha obrazlı format tapılmalıdır.
İkinci dünya müharibəsində bir ordu qədər iş görən plakat təcrübəsi bizim üçün gözəl örnək olar. Faşist Almaniyası SSRİ-yə hücuma keçəndə sovet rəhbərliyi insanları düşmənə qarşı mübarizəyə səsləmək üçün müxtəlif plakatlardan, şüarlardan istifadə eməyə başladı. Bu işə bəlkə də yüzlərlə rəssam, mütəxəssis cəlb olundu...
- Və sonda “Ana Vətən çağırır!” kimi məşhur plakat yarandı...
- Tamami ilə doğrudur, Gürcüstanın Xalq rəssamı İlya Toidzenin həmin məşhur plakatı sanki ən güclü silah kimi qələbənin qazanılmasında mühüm rol oynadı. Sübut olundu ki, təbliğatın forması düzgün tapılanda məqsədə çatmaq olur.
- Tarix təkrar olunur, Azərbaycan da bu gün müharibə şəraitindədir. Hərbi-vətənprəvərlik mövzusunda plakatlara, reklam çarxlarına ehtiyac var...
- Çox doğru buyurursunuz. Mütəxəssislərin fikrincə, sosial reklam qədər dərketdirmə qabiliyyətinə malik ikinci bir təsir qüvvəsi yoxdur dünyada. Bizdə vətənpərvərlik mövzulu reklamların azlığı məni çox narahat edir. 20 faiz ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilən məmləkət belə davranmamalıdır. Biz gərək həm torpaqlarımızın işğal olunduğunu ölkəyə gələn əcnəbilərə çatdıraq, həm də gənclərimizdə vətənpərvərlik hisslərini aşılayaq. Ən azından Beynəlxalq Hava Limanından şəhərə gələn yolda, eləcə də şəhərin ayrı-ayrı küçə və meydanlarında bu mövzuda açıq məkan reklamları yerləşdirilməliyik. Özü də dediyim kimi, obrazlı, təsirli.
- Bir memar kimi hazırda hansı layihə üzərində çalışırsınız?
- Hazırda Qarabağ bölgəsində ucaldılması üçün Qələbə Abidə Kompleksi layihə üzərində işləyirəm. Layihəm tamamlanmaq ərəfəsindədir. İşləri yekunlaşdıran kimi geniş açıqlama verməyi düşünürəm.
E. CƏBRAYILOĞLU
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:58
Milyarder iş adamı məşhur aktyorları qəzəbləndirib
Bu gün, 08:58
“Kiss”-in məşhur gitaraçısı vəfat edib
Dünən, 11:36
Oğlu: "Ramiz Quliyevi dostum kimi yola salıram"
Dünən, 10:52
Əməkdar artist vəfat edib
15-10-2025, 11:08
Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar
15-10-2025, 11:00
Nazirlik Ramiz Quliyevin vəfatı ilə bağlı məlumat yayıb
15-10-2025, 10:15
Xalq artisti Ramiz Quliyev vəfat edib
15-10-2025, 08:32
Dördqat “Gremmi” laureatı 51 yaşında vəfat edib
14-10-2025, 09:52
Al Paçino "Ata Co" filmində baş rola çəkiləcək - Fotolar
14-10-2025, 08:48
“Ceyms Bond” filmləri silahsız təqdim olunub
12-10-2025, 09:00
Kino ulduzu "Tayler Reyk"-ə dönür
10-10-2025, 08:51
Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq - Fotolar
9-10-2025, 16:12
"Ouşenin 14 dostu" filminin çəkilişlərinə başlayırlar
9-10-2025, 15:13
Yazıçı Nobel mükafatına layiq görülüb
9-10-2025, 14:59
Xalq artisti Əminə Yusifqızı vəfat edib
8-10-2025, 07:56
Məşhur aktrisalara yeni filmdə rol verilib
7-10-2025, 10:30
UNESCO-da Azərbaycanın bəyanatı oxunub
6-10-2025, 11:24
Yadigar Muradovun vəziyyəti ağır olaraq qalır
3-10-2025, 17:45
Aytac Əlisultanlı yeni vəzifəyə təyin olunub
3-10-2025, 14:43
Arzu Əliyeva VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə qatılıb
3-10-2025, 10:43
Xalq artisti Ramiz Quliyevin vəziyyəti ağır-stabil olaraq qalır
3-10-2025, 07:20
Yeni "Avatar" təxminən üç saatlıq film olacaq
2-10-2025, 18:08
Müğənni Səbinə Ərəbli Xankəndiyə köçüb
2-10-2025, 17:11
Hollivud ulduzu "Sığınacaq" qəhrəmanına çevrilib - Fotolar
2-10-2025, 07:13
Yeni filmdə əsas rolları məşhurlar oynayacaqlar
1-10-2025, 22:19
Heydər Əliyev Fondu xanəndənin müalicəsini nəzarətə götürüb
1-10-2025, 12:35
Şahbaz Xuduoğlu Bakıda kitab sərgisinə buraxılmayıb
30-09-2025, 16:12
Füzuli Dram Teatrının direktoru komaya düşüb
30-09-2025, 15:02
Tahir İmanov: "Allah kimisə ucaltsa, onu heç kim alçalda bilməz”
30-09-2025, 10:54
Teleaparıcı vəzifəyə təyin olunub
30-09-2025, 10:26
Cabir İmanovla vida mərasiminin yeri dəyişdirilib
29-09-2025, 11:16
TƏBİB: "Şairin vəziyyəti orta ağırdır"
26-09-2025, 16:42
Milli Qəhrəmana həsr edilmiş tamaşanın premyerası olub
26-09-2025, 16:13
Məşhur aktyorun fimi hitə çevrilib
26-09-2025, 13:29
Ordubadlı qəhrəmanlardan bəhs edən kitab işıq üzü görüb
26-09-2025, 10:58
"Leyli və Məcnun" operası əsasında film çəkilməsi təklif olunub
25-09-2025, 11:29
Əlisəmid Kürlə bağlı Mehriban Əliyevaya müraciət edilib
24-09-2025, 17:51
Nəsiminin qohumları Şamaxıya gəliblər - Fotolar
24-09-2025, 14:12
Stallone süni intellekt vasitəsilə "Rembo" olmaq istəyir
23-09-2025, 15:59
3300 il əvvəl hazırlanmış fit tapıblar - Fotolar
23-09-2025, 13:28
Masallıda antik dövrə aid küp məzar tapılıb
22-09-2025, 18:42
Yeni filmin çəkilişlərinə başlayırlar
22-09-2025, 16:17
Məşhur rejissoru prezident seçiblər
19-09-2025, 15:04
Xankəndidə bayram konserti keçiriləcək
19-09-2025, 09:38
Yeni filmin çəkilişinə razılıq verilib
18-09-2025, 17:16
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto