Ədəbiyyat üzrə Nobel mükafatı alacaq şəxsin adı açıqlanıb - Foto
Tarix: 08-10-2020 15:48 | Bölmə: Mədəniyyət
Ədəbiyyat üzrə Nobel mükafatı alacaq şəxsin adı açıqlanıb

2020-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına ABŞ vətəndaşı Luiza Qlyuk layiq görülüb.

Reyting.az
xəbər verir ki, məlumatı Nobel Komitəsi yayıb.

Qeyd edək ki, amerikalı şair Luiza Qlyuk (ingiliscə Louise Elisabeth Glück) 1943-cü il aprelin 22-də ABŞ-ın Nyu-York ştatında Avstriya-Macarıstandan çıxan yəhudi ailəsində anadan olub. O, ABŞ Filosoflar Cəmiyyətinin üzvüdür.

Qeyd edək ki, mükafatlandırma mərasiminin dekabrın 10-da keçirilməsi nəzərdə tutulub.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}