Gədəbəydə dağılan tarixi abidələr bərpa olunur - Video
Tarix: 27-04-2021 20:34 | Bölmə: Mədəniyyət
Gədəbəydə dağılan tarixi abidələr bərpa olunur

Gədəbəy rayonu ərazisindəki dağılmış tarixi abidələr bərpa olunur.

XIX əsrin II yarısında Simens qardaşları tərəfindən inşa edilmiş körpü sel suları nəticəsində yararsız vəziyyətə düşüb. Rayonun tanınmış ziyalılarından olan Elmar Musayevin təşəbbüsü ilə sakinlər körpünü bərpa etmək qərarına gəliblər.

Qeyd edək ki, XIX əsrin II yarısında Simens qardaşları şirkəti tərəfindən Gədəbəydə çəkilən dəmir yol xətti üzərində inşa edilmiş körpülərdən üçü də Əlinağılar kəndindədir. Onlardan biri - Şəmkir çayı üzərində olub və hazırda tamam dağılıb.

İkinci artıq torpaq qatı altında qalıb.

Üçüncü körpü isə Arısu çayı üzərində inşa olunub və son 10 ildə istifadəyə yararsız vəziyyətdə idi. Məhv olmaq təhlükəsi ilə üzləşən bu tarixi abidə də bərpa olunur.

Ətraflı video-materalda:





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}