17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Maliyyə nazirindən Mədəniyyət Nazirliyinə qarşı ittiham: "Pul ayrılır, nəticə yoxdur"
Tarix: 08-06-2021 13:00 | Bölmə: Mədəniyyət
Maliyyə nazirindən Mədəniyyət Nazirliyinə qarşı ittiham: "Pul ayrılır, nəticə yoxdur"

“Azərbaycan kinosunun inkişafı ilə bağlı dövlət büdcəsindən vəsait ayrılıb. Hesab edirəm ki, bununla bağlı sorğuları Mədəniyyət Nazirliyinə vermək olar”.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, ölkə prezidentinin müvafiq sərəncamı ilə milli kinematoqrafiyanın dövrün tələblərinə uyğun inkişaf etdirilməsinə dair “Azərbaycan Kinematoqafiyasının İnkişaf Konsepsiyası”nın layihəsi hazırlanıb: “Konsepsiya layihəsi bir neçə dəfə Maliyyə Nazirliyinə təqdim olunub. Ancaq biz onu qəbul etməmişik. Çünki biz orada hər hansı bir dəyişiklik görməmişik. Vəsaitlər ayrılır, ancaq nəticədə biz hər hansı ekran əsərlərini görmürük. Bunu da hamımız bilirik və deyirik. Hesab edirik ki, vəsaitlərin ayrılması konkret nəticələr verməlidir”/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}