Gənc Tamaşaçılar Teatrı yeni layihəyə başlayıb
Tarix: 12-06-2021 11:42 | Bölmə: Mədəniyyət
Gənc Tamaşaçılar Teatrı yeni layihəyə başlayıb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı “Bəbə səhnəsi” adlı yeni layihəyə start verir.

Gənc Tamaşaçılar Teatrının məlumatına görə, artıq tamaşaların quruluşu ətrafında yaradıcı heyətin müzakirələri, hazırlıqları gedir. Teatrların fəaliyyəti bərpa olunduqdan sonra “Bəbə səhnəsi”nin ilk tamaşaları uşaqlara təqdim ediləcək.

Tamaşalar 20-30 dəqiqə həcmində və daha çox nağılların əsasında hazırlanacaq. Dairəvi qurulmuş məkanda körpələrlə aktyorların təması təmin olunmaqla həm həzin, həm də əyləncəli ünsiyyət də nəzərdə tutulur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}