16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Babəklə Tofiq Quliyevin heykəlləri niyə hazır deyil? - Eldar Əzizovdan açıqlamalar
Tarix: 12-06-2021 14:42 | Bölmə: Mədəniyyət
Babəklə Tofiq Quliyevin heykəlləri niyə hazır deyil?

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bəstəkar Tofiq Quliyevin heykəlinin harada qoyulacağı ilə bağlı məsələyə aydınlıq gətirib.

Eldar Əzizov bildirib ki, Prezident İlham Əliyevin sərəncamı və tapşırığına əsasən bu istiqamətdə iş gedir.

"Tofiq Quliyevin heykəlinin harada qoyulacağı məsələsinə baxılır. Müxtəlif təkliflər var. Qərar qəbul olunandan sonra ictimaiyyətə məlumat veriləcək", - deyə Eldar Əzizov qeyd edib/APA.

Eldar Əzizov Babəkin heykəlinin postamenti qoyulsa da, heykəlin hələ də ucaldılmamasının səbəbini dı açıqlayıb.

Bildirib ki, Babəkin heykəli ilə bağlı Nizami Rayon İcra hakimiyyəti və SOCAR təşəbbüslə çıxış ediblər.

"Hazırda təklifləri hazırlayırlar. Bir heykəlin hazırlanması üçün Komissiya yaradılır, götür-qoy edilir. Bakıda qoyulan heykəl memarlıq baxımından bir əsər kimi qəbul olunmalıdır. Layihə yaxın zamanda ictimaiyyətə təqdim olunacaq", - deyə E. Əzizov bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}