Sirkin yeni truppasının ilk çıxışı təqdim olunub
Tarix: 14-06-2021 13:20 | Bölmə: Mədəniyyət
Sirkin yeni truppasının ilk çıxışı təqdim olunub

Bu il yaranmasının 75 illiyini qeyd edən Bakı Dövlət Sirki yenidən təşkil olunan milli truppası ilə iyunun 12-də paytaxtdakı Zabitlər bağında konsert proqramı ilə çıxış edib.

Reyting.az
xəbər verir ki, milli truppanın çıxışlarını Bakı Dövlət Sirkinin orkestr heyəti müşayiət edib. Orkestrin repertuarında Azərbaycan və xarici musiqilərin sintezinə üstünlük verilib.

Milli truppanın ilk çıxışı 75 il öncə nümayiş olunan “Azərbaycan toy”u tamaşasının yubileyinə həsr edilib. Proqramda sirk sənətinin janrlarına aid olan biri-birindən maraqlı nömrələr təqdim olunub.

Ümumilikdə 30 dəqiqədən ibarət olan proqramda Bakı Dövlət Sirkinin 47 nəfərlik yaradıcı heyəti iştirak edib.

Proqramın sonunda sirk orkestrinin ifasında “Azərbaycan cəngisi”nin cazla sintezi səsləndirilib.

Xatırladaq ki, 1946-cı il iyunun 12-də dahi bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılan Azərbaycanın ilk peşəkar sirk kollektivinin premyerası – “Azərbaycan toyu” adlı bədii-etnoqrafik tamaşa nümayiş olunub. Proqramın rejissoru Soltan Dadaşov, bəstəkarı Səid Rüstəmov, baletmeysteri Əminə Dilbazi, mətnin müəllifi Süleyman Rüstəm olub. Tamaşada pəhləvan Sali Süleyman, akrobat Fuad Nəzirov, kəndirbaz Rza Əlixan, atlet Qasım Abdullayev və başqaları çıxış ediblər.

Bundan sonra 12 iyun tarixi Bakı Dövlət Sirki üçün növbəti əlamətdar hadisə – mədəniyyət ocağının 4-cü dəfə formalaşdırılan milli truppasının ilk çıxışı ilə yadda qalacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}