"Səhnədən səngərə"nin dördüncü buraxılışı təqdim olunub - Video
Tarix: 17-06-2021 17:56 | Bölmə: Mədəniyyət
"Səhnədən səngərə"nin dördüncü buraxılışı təqdim olunub

Azərbaycan Mədəniyyət Nazirliyi "Səhnədən səngərə" layihəsinin dördüncü buraxılışını təqdim edib.

Reyting.az
xəbər verir ki, 28 il öncə anasının qucağında doğma Cəbrayıldan didərgin düşən Zamin illər sonra şanlı ordunun sıralarında ata evinə qayıdır. Bir neçə gün sonra isə ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalır.

Çalışdığı kollektivin ən şən üzvü olmuş Zamin haqda iş yoldaşları, valideynləri böyük sevgi ilə söz açıblar.

Bu gün qəhrəmanımızın yeganə övladı İnci atasının Qarabağdan məcburi köçkün düşdüyü yaşdadır. Atası kimi minlərlə qəhrəmanın canı, sağlamlığı bahasına azad olunmuş bütöv Azərbaycanın qucağında böyüyür.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}