Nazir: "Ermənilərlə mədəniyyət sahəsində savaşımız hələ davam edir"
Tarix: 26-06-2021 20:21 | Bölmə: Mədəniyyət
Nazir: "Ermənilərlə mədəniyyət sahəsində savaşımız hələ davam edir"

"Azərbaycan öz taleyini özü həll edir, lazım olanda güc yolu ilə həll edir. İndi bizim vəzifəmiz 44 günlük müharibədəki qələbəmizi gələcək nəsillərə çatdırmaqdan ibarətdir".

Bu fikirləri mədəniyyət naziri Anar Kərimov Vətən müharibəsinin şanlı zəfərinə həsr olunan "BİZ" tarixi-sənədli filminin təqdimat mərasimində deyib.

"Bizim ermənilərlə mədəniyyət sahəsində savaşımız hələ davam edir. Məqsədimiz bu savaşda da qalib gəlməkdir və mədəniyyət sahəsində də gücümüzü, birliyimizi dünyaya nümayiş etdirməkdir", - deyə nazir əlavə edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}