Ahıskalı şəhidlərlə bağlı sənədli filmlər hazırlanıb - Videolar
Tarix: 29-06-2021 15:38 | Bölmə: Mədəniyyət
Ahıskalı şəhidlərlə bağlı sənədli filmlər hazırlanıb

Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) sədri Ziyatdin Kassanovun dəstəyi və təlimatı əsasında Azərbaycanın ərazi bütövlüyü uğrunda II Qarabağ savaşında qəhrəmancasına şəhid olmuş Ahıska Türkü şəhidlərinin cəmiyyətə tanıdılması istiqamətində layihə həyata keçirilib.

DATÜB-ün mətbuat katibi Mövlud Işık-ın Qazet.az-a verdiyi məlumata görə, layihə çərçivəsində İkinci Qarabağ müharibəsi zamanı şəhid olan 9 Ahıskalı Türk şəhidin xatirəsi əbədiləşdirilib və onların hər birinin adına sənədli film hazırlanıb.

Filmlərdə şəhidlərin döyüş yolundan, igidliyindən bəhs edilərək, onlar haqqında valideynlərinin və yaxınlarının xatirələri və keçdikləri döyüş yolu barədə ətraflı məlumat verilir.

Reyting.az sözügedən layihə çərçivəsində DATÜB-ün dəstəyilə Mövlud Işık tərəfindən çəkilən və hazırlanan sənədli filmləri təqdim edir:





















Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}