Ənvər Çingizoğlunun daha bir kitabı işğıq üzü görüb - Foto
Tarix: 12-07-2021 14:56 | Bölmə: Mədəniyyət
Ənvər Çingizoğlunun daha bir kitabı işğıq üzü görüb

Jurnalist-etnoqraf, respublikanın əməkdar mədəniyyət işçisi Ənvər Çingizoğlunun yeni kitabı nəşr olunub. Yeni nəşr "Qarabağlı difaiçilər" adlanır. Müəllif bu kitabda Qarabağ difaiçilərinin həyat və fəaliyyətini işıqlandırıb. Zəngin arxiv materiallarına, milli iftixarımız sayılan həmin şəxsiyyətlərin bəziləri ilə bağlı indiyədək aparılmış tədqiqatlara istinad edən müəllif maraqlı bir əsər ərsəyə gətirib. Kitabda istifadə edilən sənəd və materialların bir çoxu ilk dəfə elmi dövriyyəyə gətirilib.

Kitabın elmi redaktoru tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Şəhla Nuruzadə, redaktoru Vasif Quliyev, rəyçiləri tarix üzrə fəlsəfə doktoru İltifat Əliyarlı, tarix üzrə fəlsəfə doktoru, dosent Mahal Qacar, tarix üzrə fəlsəfə doktoru Tofiq Həsənov, məsləhətçi Elman Mustafazadədir.

Ənvər Çingizoğlu bildirib ki, bu kitabı ərsəyə gətirərkən "Avropada Azərbaycanın Dostları Cəmiyyəti"nin sədri Elman Mustafazadə ilə məsləhətləşib. Əvvəlcə E. Mustafazadənin yönəticisi olduğu "Xudaferin.eu" saytında difaiçilər haqqında birər-birər oçerklər verilib. Yazılar oxucular arasında populyarlıq qazandıqdan sonra kitaba çevrilib.

Kitabda bildirilir ki, Əhməd bəy Ağayevin təşəbbüsü və yaxından iştirakıyla «Difai»nin Tiflis, Yelisavetpol və Qarabağda komitələri yaradıldı. Bu komitələr dərhal fəaliyyətə başladı. Qarabağ komitəsinin əsas üzvləri kitabda əks olunub.(Xudaferin.eu)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}