21:18 / 18-09-2025
Bakıda onlayn qumar təşkil edənlər saxlanılıb - Video
18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
13:31 / 16-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

20:02 / 15-09-2025

Lələtəpə neolit dövrü yaşayış yerində yeni tapıntılar aşkarlanıb
Tarix: 23-08-2021 12:04 | Bölmə: Mədəniyyət

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Eneolit və ilk tunc dövrü arxeologiyası” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov rəhbər olduğu “Qarabağ neolit-eneolit ekspedisiyası"nın Füzuli rayonunun Horadiz kəndinin inzibati ərazisinə daxil olan Lələtəpə neolit dövrü yaşayış yerində apardığı arxeoloji tədqiqatların ilkin nəticələri açqılanıb.
Arxeologiya və Etnoqrafiya İnstitutundan Reyting.az-a verilən məlumat görə, hər biri 16 kvadratmetr olan dörd sahədə aparılan qazıntı zamanı bizim eradan əvvəl VI minilliyin I yarısına aid oval, dairəvi və düzbucaqlı quruluşda çiy kərpicdən 3 tikinti qalığı və həyətin divarının bir hissəsi aşkar edilib. Mərkəzi hissədə zikkurat (akkadca siqquratu — “dağ zirvəsi”: — Qədim Mesopotamiyada və Elamda Şumer, Assur, Babil və Elam memarlığı üçün xarakterik çoxmərtəbəli-pilləli məbəd) tipli platforma yerləşir. Zikkurat çiy kərpicdən inşa edilib, konusvari quruluşa malikdir. Ondan cənubda diametri 3,3 metr, hündürlüyü 1,5-2 metr arasında dəyişən dairəvi bina yaşayış üçün istifadə olunub. Yaşayış üçün istifadə edilmiş tikili qalığının müxtəlif səviyyələrdə üç döşəməsi müəyyənləşdirilmişdir ki, bu döşəmələr də oxra (təbii mineral qırmızı boya) əlavə edilmiş palçıqla suvanmışdır. Buradan iki təsərrüfat küpü, daşdan və sümükdən müxtəlif təyinatlı alətlər, ocaq qalıqları aşkar edilmişdir. Tikili qalığının üçüncü döşəməsinin altında bükülü halda dəfn edilmiş uşaq skeletinə təsadüf edildi.
Abidənin ən maraqlı cəhəti onun məzarlığı ilə bağlıdır. Belə ki, Cənubi Qafqaz neolitində məzarlığa ilk dəfə olaraq Lələtəpə yaşayış məskənində rast gəlinir. Cənubi Qafqazın tədqiqata cəlb edilmiş bir çox neolit dövrü abidəsində ayrı-ayrılıqda insan qəbirləri və bir qəbirdə kütləvi dəfn (Menteştəpə, Tovuz rayonu) aşkar olunsa da, insanların müəyyən oturuşmuş ayinlərin icra edildiyi məkanda-məzarlıqda dəfn edilməsi adətinə ilk dəfədir ki, təsadüf olunur. Məzarlıq F6 kvadratının qərb hissəsində, dairəvi evin həyətində aşkar edilib. Cənub-qərbə doğru genişlənən məzarlığın təxminən 8 kv.m hissəsi təmizlənmiş və üç səviyyədə 8 qəbir aşkar olunmuşdur. Təmizlənmiş qəbirlərdən 14 skelet aşkar edilib ki, bunlardan 7-si körpə (bir yaşa qədər), 3-ü yeniyetmə və 4-ü isə yetgin insanlara aid olduğu təxmin edilir. Skeletler oval quruluşlu xüsusi dəfn kamerasında-çalada aşkar edilib. Hər bir qəbir kamerası oxralı palçıqla suvandığı halda sadəcə bir qəbirdə (qəbir № 4) oxralı palçıq suvağın üstünə həsir qoyulub. Qəbirlərdə insanlar tək və qoşa olmaqla sıx bükülü vəziyyətdə, müxtəlif istiqamətdə dəfn edilmişdir. Dəfn olunan insanların yanında pasta, malaxit və daş muncuqlar, sümükdən hazırlanmış bəzək əşyaları və əsabaşı (skipetr) aşkarlanıb.
Xəqani Alməmmədov bildirmişdir ki, məzarlıqdan aşkar edilmiş skeletlərdən götürülmüş nümunələrin Hacattepe Universitetinin (Türkiyə) “Antik DNT laboratoriyası”nda DNT analizləri aparılaraq, bu insanların genetik bağlılıqları, irsi və bakterioloji xəstəlikləri və qida rasionları öyrəniləcəkdir. Aparılacaq DNT çalışmaları ümumilikdə neolit dövründə Qarabağ ərazisində baş vermiş etnik-mədəni dəyişikliklər və xüsusən də Cənubi Qafqazda erkən istehsal münasibətlərinin təşəkkülündə etnik və ya mədəni miqrasiyanın rolunun öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda bu nümunələr əsasında abidənin radiokarbon tarixlənməsi də veriləcək.
Xatırladaq ki, neolit dövründə Azərbaycan ərazisində Şomutəpə arxeoloji mədəniyyəti ilə yanaşı mövcud olan Qarabağ arxeoloji neolit mədəniyyəti dünya elmi çevrələrinin diqqətindədir. Bu baxımdan Qarabağ arxeoloji neolit mədəniyyətinə aid Lələtəpə yaşayış yeri dünya arxeologiyası üçün böyük maraq kəsb etməkdədir.
Qeyd edək ki, abidə 44 günlük İkinci Qarabağ Müharibəsindəki qələbənin müjdəsi olan 2016-cı ilin aprelində şanlı Azərbaycan Ordusunun düşmən işğalından azad etdiyi məlum Lələtəpə yüksəkliyinin daxil olduğu ərazidə yerləşir. Hündürlüyü 6,4 m, sahəsi 0,9 ha olan təpə formalı qədim yaşayış yerinin səthi 2019-cu ildə “Qarabağ neolit-eneolit ekspedisiyası” tərəfindən qeydiyyata alınıb. Abidədə 2020-ci ildə başlanılmış arxeoloji qazıntılar, bu ildə də davam etdirilib.
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:16
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
Bu gün, 16:54
Xalq artisti xəstəxanadan evə buraxılıb
Bu gün, 11:09
"Vahid Mədəniyyət Reyestri" sistemi yaradılacaq
Bu gün, 09:22
Azərbaycanda Milli Musiqi Günü qeyd olunur
Dünən, 13:03
Ceyms Kemeron "Terminator 7" üzərində işləyir
Dünən, 08:36
Hollivud ulduzu dünyasını dəyişib
16-09-2025, 15:20
Bakıda Beynəlxalq Kitab Sərgisi keçiriləcək
16-09-2025, 15:07
Nigar Köçərlinin kitabları müsadirə olunub? - Açıqlama
16-09-2025, 14:06
Xalq artisti II Fəxri xiyabanda dəfn olunub - Yenilənib
16-09-2025, 12:53
Əlisəmid Kür reanimasiyaya yerləşdirilib
16-09-2025, 11:13
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna direktor təyin olunub
16-09-2025, 10:04
Məşhurlar yeni ssenarini xüsusi kod altında qoruyurlar
16-09-2025, 08:18
“Emmi” mükafatı 77-ci dəfə təqdim olunub
15-09-2025, 20:02
Payız “Ulduz”u görüşünüzə gəlib - Foto
12-09-2025, 12:30
Xalq artistinin səhhəti barədə açıqlama yayılıb
12-09-2025, 10:35
Yazıçı Anar: "Hər şey qaydasındadır, özümü yaxşı hiss edirəm”
12-09-2025, 10:18
AMXM-da “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisi açılıb - Fotolar
11-09-2025, 16:20
ICESCO Nəsimi Festivalının tərəfdaşı olub
10-09-2025, 16:38
Heydər Əliyev Fondu ilə Vatikan arasında memorandum imzalanıb
10-09-2025, 15:53
Süni intellektin filmi Kann festivalında nümayiş olunacaq
9-09-2025, 17:24
“İblis” yeni təqdimatda nümayiş olunacaq
9-09-2025, 14:18
İftixar Piriyev İrəvan Teatrının direktoru vəzifəsindən azad olunub
8-09-2025, 10:35
Bakıda bəylə gəlin toya at belində getdi - Video
8-09-2025, 00:04
Alim Qasımov villasını satır - Fotolar
5-09-2025, 10:28
“Ölüm yuxusu” gürcü dilində nəşr olunub - Foto
5-09-2025, 08:57
Yeni film reytinq cədvəlində yüksək səs toplayıb - Foto
4-09-2025, 17:18
Muzeydən 9,5 milyon avroluq eksponat oğurlanıb
4-09-2025, 16:38
Əməkdar artist aparıcılıq edəcək
4-09-2025, 15:38
"Tağıyev: Neft" filmi "Oskar" mükafatına namizəd kimi təqdim olunub
4-09-2025, 13:32
Nazir Afaq Bəşirqızına ordenini təqdim edib - Foto
4-09-2025, 13:15
Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək - Sərəncam
4-09-2025, 12:22
Nasistlərin oğurladığı rəsm əsəri tapılıb - Foto
3-09-2025, 17:30
"Canavarlarla rəqs edən" aktyor vəfat edib
3-09-2025, 11:58
Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı başlayır
2-09-2025, 19:51
Məşhur aktyor aktrisaya cinsi təcavüzə görə həbs oluna bilər
2-09-2025, 15:11
"Kreml sehrbazı" filmi böyük maraq doğurub - Fotolar
2-09-2025, 13:15
Bakıda İƏT Mədəniyyət Festivalı keçiriləcək
2-09-2025, 12:11
Emin Rusiyada konsert verəcək
2-09-2025, 08:21
Vudi Allen Donald Trampı yeni filmə çəkmək istəyir
1-09-2025, 16:09
Bu şəxslərə 4 min manat maaş veriləcək - Siyahı
29-08-2025, 15:13
Məmmədəli Ağayev 20 milyon mənimsəmədə ittiham olunub
29-08-2025, 14:05
"Rokki" və Silvester Stallone haqqında film çəkilir
28-08-2025, 15:53
Səkinə İsmayılova: “Mən olsaydım, var-gücümlə ədaləti bərpa edərdim”
28-08-2025, 15:21
Rejissor yeni filmə görə studiyaları tənqid edib
28-08-2025, 12:01
“Muğam” müsabiqəsinin daha bir iştirakçısı narazılıq edib
27-08-2025, 18:00
Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər təyin olunub
26-08-2025, 17:00
Ramiz Rövşənin səhhətində problem yaranıb