07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Qarabağ Regional Mədəniyyət Mərkəzinin yaradılması təklif olunur
Tarix: 11-10-2021 12:08 | Bölmə: Mədəniyyət
Qarabağ Regional Mədəniyyət Mərkəzinin yaradılması təklif olunur

“Mədəniyyət Nazirliyinin başı ayrı işlərə qarışıb. Möhtərəm Prezident Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Ancaq Şuşanın Mədəniyyət Mərkəzi yoxdur”.

Reyting.az
xəbər verir ki, bunu deputat Aqil Abbas parlamentin bu gün keçirilən iclasında deyib.

Aqil Abbas bildirib ki, Sumqayıtdan nə bir muğam oxuyan, nə də tarzən çıxıb: “Şuşa Mədəniyyət Mərkəzi Sumqayıtdan ayrılmalıdır. Bu nə deməkdir? Yeni mədəniyyət naziri var. Baxsın, görüsün. Bu gün Şuşa yenidən tikilir. Camaat da evlərinə qayıdacaq. Belə çıxır ki, onlar yenidən Sumqayıta qayıdacaqlar? Mədəniyyət Nazirliyi Şuşa Mədəniyyət Mərkəzinin fəaliyyətini bərpa etsin”.

Milli Məclisin sədri Sahibə Qafarova isə deyib ki, Şuşa işğaldan azad edilib və bütün qurumlar da yerinə qaytarılacaq.

Deputat Elman Məmmədov da təklif edib ki, Qarabağ Regional Mədəniyyət Mərkəzi yaradılsın: "Həmin mərkəz isə Şuşada yerləşdirilsin".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}