08:23 / 21-10-2021
Azad Zəngilan - Fotolar
Azərbaycan filmi beynəlxalq mükafata namizəddir
Tarix: 13-10-2021 16:33 | Bölmə: Mədəniyyət
Azərbaycan filmi beynəlxalq mükafata namizəddir

14-cü Asia Pacific Screen Awards (APSA - Asiya və Sakit Okean Hövzəsi Ölkələri Ekran Mükafatları) namizədləri elan olunub.

“Azərbaycanfilm” kinostudiyasından Reyting.az-a verilən məlumata görə, 25 ölkədən 38 filmin nominant olduğu mükafatların qalibləri 11 noyabrda Avstraliyada keçiriləcək tədbirdə açıqlanacaq.

İlqar Nəcəfin “Suğra və oğulları” filmi ən yaxşı ssenari nominasiyasında namizəddir.

Film İkinci dünya müharibəsi zamanı ucqar dağ kəndində - arxa cəbhədə baş verən hadisələrdən bəhs edir. Ucqar kəndin kişiləri müharibəyə gediblər. Suğra da kəndin digər qadınları kimi ağır məişət işləri görür, övladlarını böyüdür. Suğranın böyük oğlu Musanı cəbhəyə çağırırlar. Bu xəbərdən sonra Suğranın həyatında dramatik dönüş başlanır.

Filmin çəkilişləri 2019-cu ilin noyabr-dekabr aylarında Daşkəsən rayonunun Suqovuşan kəndində aparılıb.

Filmin baş prodüseri İlqar Nəcəf, prodüserləri Orman Əliyev və Ayhan Salar, rejissoru İlqar Nəcəf, ssenari müəllifləri Asif Rüstəmov, Roelof Jan Minneboo və İlqar Nəcəfdir. Əsas rolları Günəş Mehdizadə, İlqar Cahangir, Hümbət Əhmədzadə və Paşa Məmmədli ifa edirlər. Filmin təsvir rejissoru Ayhan Salardır.

“Butafilm”, Bakı Media Mərkəzi, “Arizona Production” (Fransa) və “Salarfilm”in (Almaniya) birgə istehsalı olan “Suğra və oğulları” bədii filmi hazırda A kateqoriyalı Busan Beynəlxalq Film Festivalının müsabiqə bölməsinə iştriak edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}