Əməkdar artist vəfat edib - Yenilənib
Tarix: 16-11-2021 12:00 | Bölmə: Mədəniyyət
Əməkdar artist vəfat edib

Əməkdar artist Məcnun Hacıbəyov vəfat edib.

Reyting.az
-ın məlumatına görə, o, bu gün səhər saatlarında dünyasını dəyişib.

Məcnun Hacıbəyov 1935-ci ildə Quba rayonunun II Nügədi kəndində doğulub. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib.

Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib.(APA)

Allah rəhmət eləsin.

***

Son məlumata görə, M. Hacıbəyov koronovirusdan dünyasını dəyişib. O, uzun müddət Quba Mərkəzi Rayon Xəstəxanasında COVID-19-dan müalicə olunsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, M. Hacıbəyov bu gün Quba rayonunun İkinci Nügədi kənd qəbiristanlığında dəfn olunacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}