Nizami Gəncəvi Beynəlxalq Forumu başlayıb
Tarix: 24-11-2021 10:27 | Bölmə: Mədəniyyət
Nizami Gəncəvi Beynəlxalq Forumu başlayıb

Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu fəaliyyətinə başlayıb.

Reyting.az
xəbər verir ki, tədbir noyabrın 26-na qədər davam edəcək.

Nizami Gəncəvi Beynəlxalq Forumunda dahi mütəfəkkirin zəngin ədəbi irsini araşdıran 15 xarici ölkədən 40-dan çox nüfuzlu alim, tədqiqatçı və elm adamları, ekspertlər, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak edirlər.

Forum çərçivəsində “Nizaminin Orta əsr Şərqində siyasi və ictimai ənənələrə təsiri”, “Nizami Gəncəvi: Müasir dünyaya baxış”, ”Nizami Xəmsəsinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri”, “Xəmsə dialoqlarının didaktik rolu”, “Sovet dövründə Nizami tədqiqatları” mövzularına həsr edilmiş panel müzakirələri keçiriləcək.

Həmçinin təqdimatlar, ikitərəfli görüşlər, mədəni və digər tədbirlərin təşkili də nəzərdə tutulur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}