Yeni il tamaşasının premyerası olub - Fotolar
Tarix: 19-12-2021 16:58 | Bölmə: Mədəniyyət
Yeni il tamaşasının premyerası olub

Lənkəran Dövlət Dram Teatrının kollektivi məktəbyaşlı tamaşaçılarını Yeni il ərəfəsində və bayram günlərində yeni səhnə əsəri ilə sevindirəcək. Teatrın aktyorları bu dəfə uşaqların görüşünə gənc rejissor Tərlan Abdullayevin müəllifi olduğu və quruluş verdiyi “Qar dənəcikləri” pyesinin tamaşası ilə gəlib.

Teatrdan Reyting.az-a verilən məlumata görə, dekabrın 18-də premyerası keçirilən bu səhnə əsərində Yeni ili qarşılamağa hazırlaşan balaca nağıl qəhrəmanlarının başına gələn əhvalatlardan söz açılır. Yeni ilin gəlişinə saatlar qalıb. Nağıl qəhrəmanları Yeni ili qarşılamaq üçün toplaşıblar. Amma Qar nənə sehirli almaz çomağı ilə uşaqları vurub Arktikanın buz səhralarına salır. Buz səhrasında dözümlülük, səbr göstərmələrinə baxmayaraq uşaqlar soyuqdan donmaq təhlükəsi ilə üz-üzə qalırlar. Özünü vaxtında çatdıran Şaxta baba nağıl qəhrəmanlarını xilas edir. Uşaqlar da öz növbəsində Qar nənənin qəsrinə gələrək, onun sehirli çomağını məhv etməklə Qar qızı azad edirlər. Sonda Yeni ili arzu etdikləri kimi keçirirlər.

Maraqla qarşılanan tamaşanın quruluşçu rəssamı Rza Rzazadə, bəstəkarı Teymur Gözəlov, səs rejissoru Fərahim Fərəcovdur.

Rolları teatrın aktyorlarından Allahverən Babayev, Gülər Kərimli, Rauf Zeynalov, Şəbnəm Hüseynova, Emil Rzayev, Aysel Cahangirova, Vəfa Hacızadə, Teymur Hacızadə və Amil İbrahimi ifa edirlər.








Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}