Əhməd Cavadın ev muzeyi yaradılacaq, Üzeyir Hacıbəylinin isə ev muzeyi bərpa olunacaq
Tarix: 28-12-2021 14:08 | Bölmə: Mədəniyyət
Əhməd Cavadın ev muzeyi yaradılacaq, Üzeyir Hacıbəylinin isə ev muzeyi bərpa olunacaq

Əhməd Cavadın ev muzeyinin yaradılması, 130 illiyinin qeyd olunması nəzərdə tutulub.

Bu barədə mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Mədəniyyət Nazirliyi Əhməd Cavadın 130 illiyinin keçirilməsi ilə bağlı təkliflər hazırlayır: "Təklif planı hazır olandan sonra dövlət başçısına təqdim ediləcək. Daha sonra bununla bağlı işlər həyata keçiriləcək. Eyni zamanda Əhməd Cavadın ev muzeyinin yaradılması məsələsinə də baxılacaq"/Report.

Nazir bildirib ki, Üzeyir Hacıbəylinin ev muzeyinin bərpası üçün Heydər Əliyev Fondu ilə əməkdaşlıq olunur.

Onun sözlərinə görə, bərpa prosesi uzunmüddətli və mərhələlərdən ibarətdir: "Ev muzeyinin bərpası bizim vəzifəmizdir və bərpa ediləcək".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}