Xalq yazıçısı Çingiz Abdullayev Qazaxıstan xalqına müraciət edib
Tarix: 06-01-2022 14:27 | Bölmə: Mədəniyyət
Xalq yazıçısı Çingiz Abdullayev Qazaxıstan xalqına müraciət edib

Xalq yazıçısı Çingiz Abdullayev Qazaxıstan xalqına müraciət edib.

O bu barədə özünün “Facebook” səhifəsində yazıb.

“Qazaxıstan dünyanın ən böyük müsəlman ölkəsidir. Orada baş verəcək hər hansı bir sarsıntı bütün Orta Asiyaya, bütün Avrasiyaya təsir edəcək. Bu ölkədə mənim yüz minlərlə oxucum var. Məni Astanada necə qarşıladıqlarını heç vaxt unutmayacağam. Əziz bacı və qardaşlarım. Sizə kömək etməyə və ilk zənginizdə uçub gəlməyə hazıram. 90-cı ilin yanvarında bizim üçün ağır günlərdə Azərbaycanın müdafiəsinə səs verən azsaylılardan biri də Qazaxıstanın xalq şairi Oljas Süleymanov idi. Biz bunu heç vaxt unutmayacağıq. İndi bizim növbəmizdir. Biz hər zaman sizin yanınızdayıq! Hər zaman və hər şəraitdə!”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}