18:55 / 19-05-2022
Xalq artisti vəfat edib - Foto
Rasim Balayevin Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədliyi təsdiqlənib
Tarix: 11-05-2022 14:19 | Bölmə: Mədəniyyət
Rasim Balayevin Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədliyi təsdiqlənib

Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi iclası keçirilib.

Reyting.az
xəbər verir ki, iclasda gündəlikdə duran bir sıra məsələlər, o cümlədən ittifaqın sədrliyinə namizədlik məsələsi müzakirə olunub.

Xalq yazıçısı Anar mərhum Rüstəm İbrahimbəyovu hörmət və ehtiramla andıqdan sonra onun yerinə Xalq artisti Rasim Balayevi namizəd kimi təqdim edib.

İclas iştirakçıları Rasim Balayevin namizədliyini yekdilliklə təsdiqləyib.

May ayının son ongünlüyü içində (20-30 may tarixləri arası) AKİ-yə sədr təyinatı ilə bağlı iclasın keçiriləcəyi dəqiqləşib.

Bundan başqa, iclasda Rüstəm İbrahimbəyovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı dövlət başçısına müraciət edilməsinə dair qərar qəbul olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}