İranın müvəqqəti xarici işlər naziri təyin olunub
Tarix: 20-05-2024 13:24 | Bölmə: Siyasət
İranın müvəqqəti xarici işlər naziri təyin olunub

İranın xarici işlər naziri Hüseyn Abdullahianın ölümündən sonra bu vəzifəni nazirin müavini Əli Baqiri Kianiyə icra edəcək.

Reyting.az
xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

“Hüseyn Əmir Abdullahianın şəhadətindən sonra hökumətin idarə heyətinin təsdiqi ilə nazir müavini Əli Baqiri nazir səlahiyyətlərini icra edən seçilib”, - deyə agentlik bildirib.

Qeyd edək ki, dünən İran prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb. Qəza nəticəsində prezidentlə yanaşı helikopterdə olan xarici işlər naziri Hüseyn Abdullahian da həlak olub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}