Fəzail Ağamalı: "Mən bu sualınıza cavab verməyəcəm"
Tarix: 22-07-2024 14:21 | Bölmə: Siyasət
Fəzail Ağamalı: "Mən bu sualınıza cavab verməyəcəm"

Məlum olduğu kimi, Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı budəfəki parlament seçkilərinə qatılmamaq qərarına gəlib. O, seçkilərə qatılmasa da, ötən seçkidə deputat seçildiyi 65 saylı Salyan-Biləsuvar-Neftçala dairəsindən qızı Günay Ağamalının namizədliyi irəli sürülüb.

Reyting.az
xəbər verir ki, konkret.az mediada və sosial şəbəkələrdə geniş müzakirə olunan və birmənalı qarşılanmayan bu məsələ ilə bağlı Fəzail Ağamalının fikirlərini öyrənməyə çalışıb.

O, əməkdaşımızın sualına qısa cavab verib: “Bu mövzunu özüm üçün qapatmışam. Mən bu sualınıza cavab verməyəcəm. Sizə və bütün mediaya dərin hörmətimi ifadə edərək bildirirəm ki, bu mövzuya münasibət bildirmək istəmirəm”.




Bölməyə aid digər xəbərlər