Rus ordusu yeni hücuma hazırlaşır
Tarix: 07-08-2024 17:28 | Bölmə: Siyasət
Rus ordusu yeni hücuma hazırlaşır

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun Sumı vilayətinə hücumunun qarşısını almağa çalışır. Bunu Ukrayna Silahlı Qüvvələrinin polkovniki Vladislav Seleznyov deyib.

Reyting.az
xəbər verir ki, polkovnikin sözlərinə görə, Ukrayna ordusu Rusiya ilə həmsərhəd ərazilərə hücumlar həyata keçirmək üçün qabaqlayıcı tədbirlər görür.

Bəzi ekspertlər ehtimal edir ki, üç regionda təxminən 70-75 min rus əsgəri cəmləşdirilib.

Polkovnik qeyd edib ki, rus ordusu hücuma keçmək üçün Bryansk, Kursk, Xarkov vilayətinin şimalında və Belqorod vilayətinin cənubunda cəmləşdirilir.

Seleznyov bildirib ki, adıçəkilən vilayətlərdə 6-cı Ordu, 44-cü Ordu Korpusu, Leninqrad Hərbi Dairəsinin bölmələri və bir sıra tanınmış birləşmələr, o cümlədən Rusiya Federasiyası Sakit Okean Donanmasının 155-ci Dəniz Briqadası fəaliyyət göstərir.

“Yəni, kifayət qədər resurs var və Rusiya ordusunun cəbhənin bu hissəsində hücumunun qarşısını almaq üçün Ukrayna müdafiə qüvvələri ciddi işləyir”, - deyə Seleznyov əlavə edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər