Nüvə tərksilahı üzrə əməkdaşlıq mümkünsüz olub - Ryabkov
Tarix: 11-12-2024 14:48 | Bölmə: Siyasət
Nüvə tərksilahı üzrə əməkdaşlıq mümkünsüz olub

Rusiyanın Qərb ölkələri ilə nüvə tərksilahı sahəsində əməkdaşlığı mümkünsüz hala çatır.

Reyting.az
-ın məlumatına görə, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiyaya dost olmayan dövlətlərlə nüvə tərksilahı sahəsində gələcək əməkdaşlıq siyasi baxımdan qəbuledilməz olub.

Nazir müavini Dövlət Dumasının plenar iclasında deyib:

“Anti-Rusiya siyasəti aparan, çox aqressiv hərəkət edən, düşmənlərimizi silahla təmin edən dövlətlərlə nüvə tərksilahı sahəsində gələcək əməkdaşlıq nəinki əhəmiyyətsiz, həm də siyasi baxımdan qəbuledilməz olub”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər