12:36 / 08-02-2025
Sabah qar yağacaq
Tramp Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar tətbiq edib
Tarix: 07-02-2025 14:20 | Bölmə: Siyasət
Tramp Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar tətbiq edib

ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyaların tətbiqi ilə bağlı sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Amerika KİV-ləri yazıb.

Bildirilir ki, fevralın 6-da Tramp “ABŞ vətəndaşlarına və ya müttəfiqlərimizə qarşı ICC araşdırmalarına kömək edən şəxslərə və onların ailə üzvlərinə” maliyyə və viza sanksiyaları tətbiq edən sərəncam imzalayıb.

Trampın bu sərəncamı Beynəlxalq Cinayət Məhkəməsinin baş nazir Benyamin Netanyahu da daxil olmaqla, Qəzza zolağında baş verən hadisələrlə bağlı bir neçə yüksək səviyyəli İsrail məmuru haqqında həbs qərarına cavab olaraq verilib.

Onu da qeyd edək ki, ABŞ belə sanksiyalarla həm də Roma Statutunun tərəfi olmadığını xatırlayır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər