Hakan Fidan: Rusiya ilə Ukrayna atəşkəsə razılaşıblar
Tarix: 15-05-2025 16:10 | Bölmə: Siyasət
Hakan Fidan: Rusiya ilə Ukrayna atəşkəsə razılaşıblar

Rusiya ilə Ukrayna prinsipcə atəşkəs təklifi ilə razılaşıblar.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Türkiyə Xarici işlər naziri Hakan Fidan Antalyada NATO XİN rəhbərlərinin qeyri-formal görüşündən sonra keçirilən brifinqdə deyib.

Hakan Fidan bildirib ki, hər iki tərəfin atəşkəs üçün fərqli fikirləri var:

“Ukrayna tərəfi qeyd-şərtsiz atəşkəsin təminini istəyir, Rusiya tərəfinin də öz şərtləri var. Bunun müzakirəsi üçün tərəflər bir araya gəlməli, razılaşmadıqları məsələləri razılaşdırmalıdırlar. Bunun üçün ABŞ vasitəsilə başladılan Ukrayna-Rusiya müzakirələri müəyyən mərhələyə gəlib. Tərəflər artıq bir nöqtəyə gəlməyə çalışırlar”.

Nazir əlavə edib ki, danışıqlara davam etmək lazımdır: “Məqsəd sülhə nail olmaqdırsa, hər iki tərəf müəyyən güzəştlər etməlidir. Vasitəçilərin üzərinə mühüm vəzifələr düşür. Bu məsələdə biz hər cür dəstəyi əvvəldən veririk və bundan sonra da verəcəyik”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
12-05-2025, 10:20 PKK özünü ləğv edib