İrəvanda Qarabağ ermənilərindən hakimiyyətə qarşı istifadə edirlər
Tarix: 14-07-2025 11:34 | Bölmə: Siyasət
İrəvanda Qarabağ ermənilərindən hakimiyyətə qarşı istifadə edirlər

Ermənistanda gərginliyi artırmaq üçün Qarabağdan gələn ermənilərdən istifadəyə cəhdlər başlayıb.

Reyting.az
Ermənistan mediasına istinadla xəbər verir ki, özünü “artsax xalqının hüquqlarını müdafiə şurası” adlandıran qondarma qurum İrəvanda hökumət binası qarşısında etiraz aksiyası keçirib

Xatırladaq ki, iyulun 12-də İrəvanda azadlıq meydanında keçirilən mitinqdən sonra oturaq aksiya elan olunmuşdu. Dünən gecə yarısı Ermənistan Nazirlər Kabinetinə tələblərini bildirərək hökumət binası qarşısında məskunlaşmaq qərarına gəliblər.

Əlavə edək ki, Ermənistandakı revnşist qüvvələr və onun havadarları öncə ənənəvi müxalifəti, daha sonra kilsəni siyasi mübarizədə vasitə kimi istifadə edirlər. İndi isə Qarabağdan Ermənistana köçən erməniləri aksiyaya cəlb etməyə çalışırlar.

ELÇİN




Bölməyə aid digər xəbərlər