16:01 / 20-08-2025
Ağdərədə yanğın olub
12:38 / 20-08-2025
Sabah isti hava olacaq
TV rəhbəri kassasiya şikayəti verib
Tarix: 20-08-2025 10:31 | Bölmə: Xəbərlər
TV rəhbəri kassasiya şikayəti verib

"Kanal 13" internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun barəsindəki qərardan verilən kassasiya şikayəti verilib.

Reyting.az
Pravda.az-a istinadla xəbər verir ki, şikayət Ali Məhkəmənin İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin hökmünə əsəsən, Əziz Orucov 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Qeyd edək ki, Əziz Orucov 2023-cü il noyabrın 27-də saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb. Daha sonra Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

Bir qədər əvvəl 206.3.2-ci maddəsi üzrə cinayət işinə xitam verilib.




Bölməyə aid digər xəbərlər