16:01 / 20-08-2025
Ağdərədə yanğın olub
12:38 / 20-08-2025
Sabah isti hava olacaq
Saakaşvili: Bu, Rusiyanın ən böyük məğlubiyyətidir
Tarix: 20-08-2025 16:09 | Bölmə: Dünya
Saakaşvili: Bu, Rusiyanın ən böyük məğlubiyyətidir

ABŞ və Ukrayna prezidentlərinin Vaşinqtonda keçirilən son görüşü Vladimir Zelenskinin zəfəridir.

Reyting.az
xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Facebook səhifəsində yazıb.

Saakaşvili hesab edir ki, son görüş və razılaşmalar Rusiyaya qarşıdır.

Onun sözılərinə görə, görüşün əsas mövzusu Tramp və avropalıların razılaşdığı Ukraynaya Amerika və Avropa hərbi müdafiə zəmanətlərinin verilməsi olub ki, bu da NATO Müqaviləsinin 5-ci maddəsinə bənzər müdafiənin alınması deməkdir.

Saakaşvili yazıb ki, Putin Zelenski ilə görüşməyə razılıq versə də, əslində, onun başqa seçimi yoxdur, çünki Rusiya büdcəsi tarixdə ən böyük kəsirə malikdir: “Ruslar nəinki cəbhədə hücuma keçə bilmir, Ukrayna da hücuma keçib. Putin sadəcə, müharibənin sonunu onun məğlubiyyəti kimi göstərməməyə çalışır. Lakin bu, istənilən halda Rusiya üçün əsrlərin ən böyük məğlubiyyətidir və bu, istər-istəməz bizim regionda da böyük dəyişikliklərə səbəb olacaq”.

ELÇİN




Bölməyə aid digər xəbərlər