17:36 / 20-08-2025
Putin-Zelenski görüşünə şübhələr artır
17:32 / 20-08-2025
Növbəti iki gündə külək güclənəcək - Xəbərdarlıq
17:28 / 20-08-2025
İlham Əliyev və birinci xanım “Hacıkənd”in tikintisi ilə tanış olublar - (Yenilənib) - Fotolar
17:18 / 20-08-2025
Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verilib
17:10 / 20-08-2025
Prezident və birinci xanım Gəncəyə gediblər - (Yenilənib) - Fotolar
17:09 / 20-08-2025
Biləsuvarda gənc bacısının qayınatasını bıçaqlayıb
17:00 / 20-08-2025
Ruslar Ukraynanı “İsgəndər” raketləri ilə vurub
16:24 / 20-08-2025
Çin ilk litoqrafiya qurğusunu yaradıb - Fotolar
16:09 / 20-08-2025
Saakaşvili: Bu, Rusiyanın ən böyük məğlubiyyətidir
16:01 / 20-08-2025
ABŞ-da immiqrantlarla bağlı tələblər sərtləşdirilir - Foto
16:01 / 20-08-2025
Ağdərədə yanğın olub
15:42 / 20-08-2025
Bakıda 60 yaşlı kişi öldürülüb - Yenilənib
15:27 / 20-08-2025
Azərbaycan-Avropa İttifaqı münasibətləri müzakirə olunub
15:09 / 20-08-2025
Şair Məmməd İsmayıl Tovuzda dəfn olunub
14:57 / 20-08-2025
Kamran Əliyev iki rayona prokuror təyin edib
14:46 / 20-08-2025
Rusiyanın nüvə alimi Monqolustanda saxlanılıb
14:38 / 20-08-2025
Bakıda qeyri-etik reklam mətni olan elektron lövhə yığışdırılıb
14:32 / 20-08-2025
ABŞ silahlarını Ukraynaya 10 faiz baha satırlar
14:15 / 20-08-2025
Rusiyadan Britaniyaya gizli yolla taxta daşıyırlar
14:02 / 20-08-2025
Dərələyəzli Molla İmranın kitabları yüz ildir qorunur - Foto
13:27 / 20-08-2025
Azərbaycan hindistanlı kriminal avtoriteti ölkəsinə ekstradisiya edəcək
13:26 / 20-08-2025
Professor: Avropa lider böhranı ilə üzləşib - Fotolar
13:04 / 20-08-2025
Su Ehtiyatları Agentliyinin 23 milyon manatdan çox vergi borcu var
12:56 / 20-08-2025
Azərbaycan I Liqasında yeni mövsümün püşkü atılıb
12:38 / 20-08-2025
Sabah isti hava olacaq
12:25 / 20-08-2025
Sərhədimizi pozmağa cəhd edən şəxslər saxlanılıb
12:15 / 20-08-2025
Müəllimlərin işə qəbulu üzrə müsahibə başlayıb
12:13 / 20-08-2025
Ərdoğan və Rutte təhlükəsizlik təminatlarını müzakirə ediblər
12:03 / 20-08-2025
Lisey və gimnaziyalara seçim prosesinin nəticələri elan olunub
11:50 / 20-08-2025
İrəvan Tehranın simasında özünə strateji tərəfdaş tapıb
03:20 / 16-08-2025

17:57 / 18-08-2025

21:45 / 18-08-2025

20:53 / 16-08-2025

19:18 / 18-08-2025

20:42 / 15-08-2025

08:20 / 16-08-2025

12:48 / 16-08-2025

21:22 / 17-08-2025

22:05 / 15-08-2025

07:52 / 19-08-2025

22:20 / 15-08-2025

Prezident və birinci xanım Gəncəyə gediblər - (Yenilənib) - Fotolar
Tarix: 20-08-2025 17:10 | Bölmə: Slayd

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhərində olublar.
Reyting.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya şəhərdə aparılan tikinti-quruculuq işləri barədə məlumat verilib.
***
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhərində “Azerbazalt” MMC-nin bazalt məhsullarının istehsalı müəssisəsinin təməlqoyma mərasimində iştirak ediblər.
Reyting.az xəbər verir ki, "Azerbazalt” MMC-nin təsisçisi Rafət Əliyev dövlət başçısına və birinci xanıma müəssisə haqqında məlumat verib.
Bildirilib ki, burada bazalt tozu və onun əsasında orqanik gübrə istehsalı həyata keçiriləcək. Layihə iki mərhələdə icra olunacaq. Birinci mərhələnin investisiya dəyəri 27 milyon manat təşkil edəcək.
İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu layihədə 30 faiz paya malikdir. Ümumi sahəsi 4 hektar olan zavodda ildə 360 min ton orqanik gübrənin istehsalı planlaşdırılır. İsveç və Türkiyə texnologiyaları əsasında qurulacaq müəssisədə əsas xammal kimi Göygöl rayonunun “Çaykənd” yatağından çıxarılan yüksəkkeyfiyyətli bazaltdan istifadə ediləcək. Layihənin birinci mərhələsində 200 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Layihənin ikinci mərhələsində isə bazalt əsasında yüksək texnoloji innovativ məhsulların - bazalt lifi, 3D printer üçün xammal olan filamenin və digər sənaye materiallarının istehsalı həyata keçiriləcək. Bu isə öz növbəsində layihəyə əlavə strateji dəyər verməklə yanaşı, müdafiə, tikinti və yüksək texnologiyalar sektorlarının müasir və davamlı məhsullarla təmin olunmasına töhfə verəcək. Layihənin ikinci mərhələsi çərçivəsində 300 nəfər işlə təmin olunacaq. Məhsullar həm daxili tələbatı ödəyəcək, həm də xarici bazarlara ixrac olunacaq.
Qeyd edək ki, xüsusilə yüksək texnoloji bazalt məhsullarına beynəlxalq bazarlarda böyük tələbat var. Bazalt mənşəli məhsullar kənd təsərrüfatı və sənaye sahələri üçün yüksək dəyərə malik, ekoloji cəhətdən təhlükəsiz və çoxfunksiyalı materiallardır. Vulkanik mənşəli və yüksək mineral tərkibli bazalt tozu torpağın qida balansını bərpa edir, strukturunu yaxşılaşdırır və məhsuldarlığı artırır, su hövzələrinin turşulaşmasının qarşısını alır. Bazalt liflərindən isə filtrasiya, səsboğucu, istilik buraxmayan, korroziyaya davamlı örtüklər, beton üçün qatqı və tikinti sahəsində istifadə olunan digər yüksək dayanıqlı materiallar istehsal edilir. Bu materiallar yüksək istilik müqaviməti, dayanıqlılığı və ekoloji təmizliyi ilə seçilir. Həmin xüsusiyyətlərinə görə bazalt lifləri aviasiya, raket texnikası, müdafiə və avtomobil sənayesi kimi yüksək texnoloji sahələrdə geniş istifadə olunur.
Bu müəssisənin yaradılması yerli resursların əlavə dəyərə çevrilməsi, ekoloji və dayanıqlı istehsal modeli ilə Azərbaycanın qeyri-neft sənayesinin inkişafına xidmət edəcək, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalını artıracaq. Müəssisədə xammal kimi yerli bazaltdan istifadə isə daxili təbii ehtiyatların səmərəli dəyərləndirilməsini təmin etməklə, istehsal zəncirini möhkəmləndirəcək.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar.
Reyting.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına və birinci xanıma burada həyata keçirilən işlər barədə məlumat verib.
Qeyd edək ki, Gəncə Memorial Kompleksinin təməlini Prezident İlham Әliyev 2022-ci ilin yanvarında qoyub. 44 günlük Vətən müharibəsində Ermənistan ordusunun mülki əhaliyə qarşı törətdiyi cinayətləri özündə əks etdirəcək Kompleks raket zәrbәlәrinә mәruz qalmış yaşayış binalarının vә keçmiş parkın yerlәşdiyi ərazidə yaradılır. Ümumi sahəsi 4 hektar təşkil edəcək Kompleksdə ikimәrtәbәli muzey binası və sәrgi zalı olacaq. Burada mülki әhaliyə qarşı törәdilmiş cinayәtlәrlə bağlı ekspozisiya, həmçinin dağıdılmış binaların yerlәri ziyarәtçilәrә nümayiş etdirilәcәk. Kompleksdə, həmçinin konfrans zalı da yaradılacaq. Ərazidəki parkda yaşıllaşdırma işlәri aparılacaq, 700-ә yaxın ağac, 12 mindәn çox dekorativ kol vә güllәr әkilәcәk. Ermənistan ordusu tərəfindən atılmış raketin izini simvolizә edәn spiralvari kraterin dәrinliyi 13 metrdir. Hazırda muzey binasının tikintisi ilə bağlı son tamamlanma, həmçinin ekspozisiyanın tәşkili vә әrazinin abadlaşdırılması işləri həyata keçirilir.
Qeyd edək ki, Azərbaycan müharibədən dərhal sonra sülh təşəbbüsləri ilə çıxış edib, sülh gündəliyinin reallaşması üçün ardıcıl iş aparıb və artıq sülh müqaviləsi tərəflər arasında paraflanıb. Buna baxmayaraq, xalqımıza qarşı törədilmiş müharibə cinayətlərinin unudulmaması, tariximizin gələcək nəsillərə çatdırılması baxımından bu cür komplekslər mühüm rola malikdir.
***
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gəncə şəhər stadionunda aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.
Reyting.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.
Bildirilib ki, 1959-1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu 1964-cü ildə istismara verilib. Son illərdə stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından bu idman qurğusunun fəaliyyəti qismən həyata keçirilirilib.
Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncama əsasən, Gəncə şəhər stadionunun yenidənqurma işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq bir milyon manat ayrılıb.
Ötən il aprelin 9-da dövlətimizin başçısı stadionun təməlini qoyub.
Qeyd edək ki, bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycan növbəti böyük idman yarışına - III MDB Oyunlarına ev sahibliyi edəcək. Bunun üçün bir neçə şəhər və rayon seçilsə də, MDB Oyunlarının açılış və bağlanış mərasimləri, həmçinin əsas oyunlar Gəncədə keçiriləcək. Bütün bunlar nəzərə alınaraq şəhər stadionunun tikintisində işlər sürətləndirilib. Stadionun ərazisində köməkçi məşq meydançaları və Futbol Akademiyası binası tikilib. Yeni layihəyə görə stadionun ərazisi genişləndirilərək 10,4 hektara çatdırılıb. Nəqliyyat vasitələrinin təhlükəsiz giriş-çıxışı və parklanması ilə birlikdə idman arenasının ümumi sahəsi 12 hektardan çoxdur.
UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 343 yerlikdir. Stadionda fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaqlar, media və VIP zonalar mövcud olacaq. Burada, həmçinin futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və digər zəruri sahələr də müasir səviyyədə qurulur. Stadionun daxilində bilet satışı, müxtəlif ictimai iaşə obyektləri, avtodayanacaqlar və nəzarət-buraxılış məntəqələri yaradılacaq. Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, havalandırma, təhlükəsizlik və digər zəruri sistemlər ilə təchiz olunur. İdman qurğusunun ərazisində də geniş abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir.
Müxtəlif idman yarışlarının keçiriləcəyi Gəncə şəhər stadionunun inşası, ilk növbədə, uşaqlar və yeniyetmələr arasında futbola olan marağı daha da artıracaq, futbolla məşğul olmaq istəyənlərə geniş imkanlar yaradacaq. Bölgələrimizdə yeni idman komplekslərinin yaradılması, köhnələrinin əvəzinə müasir idman qurğularının inşası ümumilikdə ölkəmizdə idmanın kütləviliyini təmin etməklə yanaşı, gənc nəslin sağlam yetişməsi baxımından da böyük rol oynayır. Bu layihə, eyni zamanda, ölkəmizin III MDB Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün gördüyü işlərdən biridir.

Bölməyə aid digər xəbərlər

Bu gün, 17:36
Putin-Zelenski görüşünə şübhələr artır
Bu gün, 13:26
Professor: Avropa lider böhranı ilə üzləşib - Fotolar
Bu gün, 12:15
Müəllimlərin işə qəbulu üzrə müsahibə başlayıb
Bu gün, 11:50
İrəvan Tehranın simasında özünə strateji tərəfdaş tapıb
Bu gün, 11:19
10-a yaxın ölkə Ukraynaya qoşun göndərməyə hazırdır
Dünən, 14:57
Ermənilərin Qarabağa qayıtması mümkün deyil
Dünən, 13:56
Tramp üçün iki sınaq: Ukrayna və Cənubi Qafqaz
Dünən, 12:41
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
Dünən, 08:13
İspaniyada 2405 nəfər istidən dünyasını dəyişib
Dünən, 07:52
Zelenski: ABŞ-dan təhlükəsizliyimizə təminat aldıq
18-08-2025, 18:18
Tramp, Zelenski və Putin bu həftə görüşə bilərlər
18-08-2025, 17:57
Şəhidlər xiyabanında əxlaqsız videolar paylaşan əcnəbilər həbs olunub - (Yenilənib) - Fotolar
18-08-2025, 11:03
Məsud Pezeşkian İrəvana hansı ümidlə gedir?
18-08-2025, 10:41
Putin daha çox ərazi istəyir - Foto
18-08-2025, 08:18
Tramp ölkə başçılarını Ağ evə toplayır
18-08-2025, 07:53
Ruslar SOCAR-ın Odessadakı terminalını vurub
18-08-2025, 07:47
Tramp Zelenskini Krımdan imtina etməyə çağırır
16-08-2025, 18:21
Müğənni Rəqsanə həbs edilib - 520 min dollarlıq ittiham
16-08-2025, 12:48
Üç hərbçiyə ali rütbə verilib
16-08-2025, 12:40
Prezident hərbi qulluqçuları təltif edib - Siyahı
15-08-2025, 19:12
Aya astronavt göndərəcəklər - Foto
15-08-2025, 12:11
Sabiq səfirlərdən çağırış: ABŞ ermənilərə və azərbaycanlılara real kömək etməlidir
15-08-2025, 09:05
Turistlərə gözlənilməz qadağalar tətbiq olunub - Siyahı
15-08-2025, 08:07
ABŞ və Rusiya dünyanı yenidən bölüşdürür
14-08-2025, 15:51
Xəzərdə yeni ada kəşf ediblər
14-08-2025, 14:21
Sülh prosesi geridönməz mərhələyə daxil olub
14-08-2025, 13:17
“Nikol Ermənistanı xilas etdi” - Ermənistanda hamı bu rəydədir?
14-08-2025, 10:49
Normadan artıq istilər Avropada insanları öldürür
13-08-2025, 23:43
Tramp-Putin-Zelenski görüşü baş tutmaya bilər
13-08-2025, 16:10
Vahid Əhmədov Nəcməddin Sadıkovla bağlı sensasiyalı fakt açıqlayıb
13-08-2025, 12:04
Moskva Azərbaycan-Ermənistan sülh sazişinə mane ola bilərmi?
13-08-2025, 11:40
Deputat: Vaşinqton razılaşması regionumuzda sülhə yol açır
13-08-2025, 10:17
Magistraturaların boş qalan plan yerlərinə qəbul başlayır
13-08-2025, 10:03
Ruslar cəbhədə yenidən irəliləyib
12-08-2025, 12:07
Bakı və İrəvan qarşılıqlı güzəştlərə gedib
12-08-2025, 11:10
Professor: Proses tərəfləri yekun sülhə aparır
12-08-2025, 10:54
İnsanın təbiətlə əlaqəsi 60 faiz azalıb
11-08-2025, 15:52
Xocavənd, Ağdərə və Zəngilanda yanğın: helikopterlər cəlb olunub - Video
11-08-2025, 14:29
Xocalıya növbəti köç karvanı gedib
11-08-2025, 14:00
Professor: Azərbaycan diplomatik sahədə də güclü tərəfdir
11-08-2025, 13:13
Yeni binalarla bağlı qərar verilib - Nələr olacaq?
11-08-2025, 12:20
Tehran şimal sərhədində “Tramp marşrutu”na müqavimət göstərə biləcəkmi?
11-08-2025, 11:40
Azərbaycan Ukraynaya 2 milyon dollarlıq yardım göndərəcək - Sərəncam