15:57 / 22-12-2024
"Sabah" "Şamaxı"ya uduzub
ABŞ casusu vətəninə qayıtdı – Təhlükəsizlik şefinin müşayiəti ilə
Tarix: 11-06-2019 17:11 | Bölmə: Siyasət
ABŞ casusu vətəninə qayıtdı – Təhlükəsizlik şefinin müşayiəti ilə

Tehrandakı Livan səfirliyinin əməkdaşı casusluqda ittiham edilərək həbs olunmuş Nizar Zakkanın bu gün günorta saatlarında azad edildiyini bildirib.

Reyting.az
“İSNA”ya istinadla xəbər verir ki, Zakka Livanın Baş Təhlükəsizlik İdarəsinin müdiri Abbas İbrahimlə birgə İranı tərk edib.

Bunu Abbas İbrahimin “Tvitter”də paylaşdığı foto da təsdiqləyir.
Fotoda təyyarə salonunda Nizar Zakka və təhlükəsizlik şefi əks olunub.

Rəsmi Tehran bu qərarı "Hizbullah”ın baş katibi Həsən Nəsrullahın vasitəçiliyi ilə qəbul edib.

Nizar Zakka 2015-ci ildə İslam İnqilabçıları Keşikçiləri Korpusunun həbs etdiyi Amerika casusudur. O, 2016-cı ildə 10 il həbs cəzasına məhkum edilib. Bundan başqa, 4,2 milyon dollar cərimələnib.

Zakkanın ailəsi onu azad etmək təşəbbüsünə görə Livan prezidenti Mişel Aun və xarici işlər naziri Cəbran Bassilə təşəkkür edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər