Sabiq deputat: "Parlament seçkilərinə qatılmaq və deputat olmaq fikrim yoxdur”
Tarix: 06-10-2019 15:29 | Bölmə: Siyasət
Sabiq deputat: "Parlament seçkilərinə qatılmaq və deputat olmaq fikrim yoxdur”

Keçmiş deputat, hazırda Londonda yaşayan Rza İbadov Bakıya gəlməyi planlaşdırır.

Reyting.az
xəbər verir ki, Rza İbadov özü bu barədə "Modern.az"ın əməkdaşı ilə danışarkən bildirib: "Azərbaycan mənim vətənimdir. Güman ki, yeni ildə Bakıya gələcəm”.

Həmçinin eks-deputat 2020-ci ildə keçirilməsi nəzərdə tutulan parlament seçkilərindən də söz açıb: "2020-ci ilin parlament seçkilərinə qatılmaq və deputat olmaq fikrim yoxdur”.

Qeyd edək ki, Rza İbadov 1995-2000-ci illərdə Milli Məclisin deputatı, eyni zamanda parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri olub.

2005-ci ildən sonra isə Azərbaycanı tərk edib və İngiltərəyə köçüb. O, Londonda daşınmaz əmlak biznesi ilə məşğul olan özəl bir şirkət qurub.

Eks-deputat haqda 2006-cı ilin mayın 17-dən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə elan edilən axtarışa 27 oktyabr 2015-ci il tarixdə xitam verilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}