Arif Hacılı: "Əgər AXCP 2000-ci ildəki siyasətinə qayıtsa, yenə tanımayacağıq"
Tarix: 09-10-2019 17:16 | Bölmə: Siyasət
Arif Hacılı: "Əgər AXCP 2000-ci ildəki siyasətinə qayıtsa, yenə tanımayacağıq"

"Müsavat Partiyası 2000-ci illərin əvvəllərində Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyasətini qəbul etmirdi. Tam əminliklə deyirəm ki, sonrakı mərhələdə Azərbaycan Xalq Cəbhəsi Partiyası siyasətini dəyişdi. Biz ona görə AXCP ilə münasibətləri bərpa etdik".

Reyting.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanlığına namizəd Arif Hacılı namizədlərin debatında deyib:

"Mənə deyirdilər ki, Əli Kərimlinin əleyhinə danışırdınız, indi isə müdafiə edirsiniz, niyə dəyişmisiniz? Dedim, dəyişməmişəm, AXCP-nin siyasəti dəyişib. Əgər AXCP 2000-ci ildəki siyasətinə qayıtsa, yenə tanımayacağıq. Məsələnin, mahiyyəti budur, şəxsi qərəzliyimiz yoxdur".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər