İsa Qəmbər, Əli Kərimli və digər müxalifətçilər prokurorluqda ifadə verib
Tarix: 09-10-2019 17:57 | Bölmə: Siyasət
İsa Qəmbər, Əli Kərimli və digər müxalifətçilər prokurorluqda ifadə verib

"Müsavat Partiyası üzvlərinə indiyə qədər 197 arayış verib. Elə üzvlər var ki, onlara arayış verilib və amma xaricə getməyiblər. Bununla bağlı sənədlərə baxmaqda da problem yoxdur”.

Bunu bu gün Müsavat başqanlığına namizədlərin debatında Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılı bildirib.

Müsavat başqanı deyib ki, arayışlara bağlı məsələ çoxlu səs-küy yaradıb: “Bu məsələ ilə bağlı Baş Prokurorluq cinayət işi açılıb. Biz bununla bağlı ifadə vermişik. Mən, İsa Qəmbər, Gülağa Aslanlı, Əli Kərimli, Gözəl Bayramlı ifadə verib. Əgər bizim ifadəmiz yanlış olsaydı, bizi cəzalandırardılar”.

O bildirib ki, arayışlara bağlı kimin əlində sübut varsa, ortaya qoysun: “Yenə də deyirəm, bu məsələ ilə bağlı Baş Prokurorluqda istintaq davam etdirilir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər