AMİP-in bu günə təyin olunan mitinqlə bağlı müraciəti yayıldı
Tarix: 19-10-2019 13:07 | Bölmə: Siyasət
AMİP-in bu günə təyin olunan mitinqlə bağlı müraciəti yayıldı

“Milli Şuranın bu gün saat 15:00-a təyin etdiyi razılaşdırılmamış etiraz aksiyasında AMİP iştirak etmir və dəstək vermir. Partiya olaraq biz ölkədə qarşıdurama və zorakılıq meyllərinin artırılmasından narahatlığımızı ifadə etməklə yanaşı, hakimiyyəti insanların sərbəst toplaşma azadlığına hörmət etməyə çağırırıq”.

Reyting.az
xəbər verir ki, bunu AMİP Siyasi Şurasının üzvü Əli Orucov sosial mediadakı təcili paylaşımında yazıb.

AMİP funksionerı qeyd edib: “Təəssüf ki, iqtidar daxilində bəzi qüvvələr ölkədə gərginliyin artmasını, siyasi təzyiqin yüksələməsini istəyir. AMİP-in bugünki aksiya ilə bağlı aydın və net qərarının olmasına baxmayaraq, hüquq-mühafizə orqanları üzvlərimizə qarşı basqılar həyata keçirir. Aldığımız məlumata görə, AMİP Abşeron Rayon Təşkilatının sədri Təbriz Musayev qanunsuz olaraq həbs edilib. Digər fəallarımıza isə təzyiqlər göstərilir və xəbərdarlıqlar edilir. Üzvlərimizin naməlum şəxslər tərəfindən izlənməsı halları var. AMİP olaraq hakimiyyətin bu cür repressiv və qanunsuz hərəkətlərinə sərt şəkildə etirazımızı bildirir, özbaşınalıqların durdurulmasını, T. Musayevin dərhal sərbəst buraxılmasını tələb edirik”.

Ə. Orucov bildirib ki, AMİP-i təhrik və təxribata çəkmək istəyən qüvvələr ölkənin və xalqın gələcəyini, taleyini istəməyənlərdir: “İndiki həssas və kövrək dönəmdə iqtidar mənsubları diqqətli və ayıq-sayıq olmalıdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər