ABŞ Senatı Türkiyəyə qarşı sanksiya layihəsini qəbul etdi
Tarix: 11-12-2019 21:21 | Bölmə: Siyasət
ABŞ Senatı Türkiyəyə qarşı sanksiya layihəsini qəbul etdi

ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsi Türkiyəyə qarşı sanksiya tətbiqini özündə əks etdirən qanun layihəsini qəbul edib.

Reyting.az
xəbər verir ki, bu gün "S-400"-lərə görə nəzərdə tutulan sanksiya paketi Senatda səsverməyə çıxarılıb və 18 senatorun səsi ilə qəbul edilib.

Məlumata görə, 4 senator layihənin əleyhinə çıxıb.

Məsələyə rəsmi Ankaradan ilk reaksiya verilib.

Prezident Ərdoğanın sözsüsü İbrahim Kalın deyib ki, vəziyyəti yaxından izləyirlər: "İndi bu sanksiya layihəsi Prezident Trampın üstünə gedəcək. Yəni qarşımızda bir mərhələ də var. Trampın yaxşı niyyətdə olduğunu bilirik".

Komitədə demokratları təmsil edən Robert Menendes isə “twitter” səhifəsində qeyd edib ki, qanun layihəsində Suriyada hərbi əməliyyatda iştirak edən Türkiyə səlahiyyətlilərinə, xüsusilə Müdafiə naziri Hulusi Akara qarşı məhdudiyyətlər nəzərdə tutulur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər