Vüqar Bayramov Horadiz sakinləri ilə görüşüb - Fotolar
Tarix: 25-01-2020 20:45 | Bölmə: Siyasət
Vüqar Bayramov Horadiz sakinləri ilə görüşüb

84 saylı Füzuli Seçki Dairəsindən deputatlığa namizəd Vüqar Bayramov yanvarın 25-də Füzuli rayonunda dördüncü görüşünü açıq havada, Horadiz şəhərində yerləşən Qəhrəmanlar parkında keçirib. Əksəriyyəti gənclərdən ibarət olan şəhər sakinlərinə fəaliyyət planından danışan Vüqar Bayramov platformasının əsas hissəsinin məcburi köçkünlərin sosial təminatının gücləndirilməsinə həsr olunduğunu deyib:

“Mən də status etibarı ilə məcburi köçkünəm. Bu səbəbdən Sizin problemlərinizi daha dərindən duyuram və onların həlli üçün əlimdən gələni əsirgəməyəcəyimə söz verirəm. Sizdən bircə təvəqqəm var, 9 fevralda seçkiyə gəlin, layiq bildiyiniz namizədə səs verin”.

Görüşdə iştirak edən Vüqar Bayramovun vəkili Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Akif Musayev bildirib ki, bugünədək heç bir deputatlığa namizədin vəkili olmamışam: “Birinci dəfədir ki, vəkil kimi bu prosesə qoşulmuşam. Sizi inandırıram ki, Vüqar Bayramov Milli Məclisdə təmsil olunsa, hər zaman Sizin başınızı, Füzulinin adını uca tutacaq. Ona görə də hər birinizi Vüqar müəllimə səs verməyə çağırıram”.

Görüşdən sonra Vüqar Bayramov Horadiz sakinləri ilə birgə Milli qəhrəmanların və Şəhidlərin xatirəsinə ucaldılmış abidələri ziyarət edib, Qarabağ müharibəsində şəhid olmuş həmvətənlilərimizin ruhuna dualar oxunub.

Vüqar Bayramov Horadiz sakinləri ilə görüşüb
Vüqar Bayramov Horadiz sakinləri ilə görüşüb
Vüqar Bayramov Horadiz sakinləri ilə görüşüb
Vüqar Bayramov Horadiz sakinləri ilə görüşüb
Vüqar Bayramov Horadiz sakinləri ilə görüşüb
Vüqar Bayramov Horadiz sakinləri ilə görüşüb
Vüqar Bayramov Horadiz sakinləri ilə görüşüb
Vüqar Bayramov Horadiz sakinləri ilə görüşüb
Vüqar Bayramov Horadiz sakinləri ilə görüşüb




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}