Türkiyə və İranın düşməni ABŞ-dan 1000 ədəd raket alır - Foto
Tarix: 15-05-2020 17:35 | Bölmə: Siyasət
Türkiyə və İranın düşməni ABŞ-dan 1000 ədəd raket alır

ABŞ Səudiyyə Ərəbistanına 2,6 milyard dollarlıq raket kompleksi satacaq.

Reyting.az
xəbər verir ki, Vaşinqton Səudiyyə Ərəbistanına quru və dənizdə olan hədəfləri vuracaq raketlər göndərəcək.

Silah-sursatın ər-Riyada çatdırılmasını “Boeing” həyata keçirəcək. Pentaqon bildirir ki, “Boeing” ər-Riyad hökumətinə mindən çox raket çatdıracaq.

Silah-sursat razılaşmalarından birinin tutumu 1,97 milyard dollardır. Bu razılaşma çərçivəsində 650 ədəd “SLAM ER” raketi Səudiyyəyə göndəriləcək. Raketlər 290 kilometr hədəfi vurmaq qabiliyyətində olacaq. Razılaşma 2028-ci ilə qədər yerinə yetiriləcək.

Türkiyə və İranın düşməni ABŞ-dan 1000 ədəd raket alır

İkinci razılaşma 657 milyon dollarlıqdır. Anlaşma çərçivəsində 402 yeni “Harpoon Block II” raketləri ər-Riyada göndəriləcək. Bu razılaşma 2026-cı ilə qədər yerinə yetiriləcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı İran və Türkiyə ilə düşmən münasibətdədir. Ötən il Səudiyyənin neft müəssisələri dronlar vasitəsilə dağıdılmışdı.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}