17:46 / 22-09-2020
Azərbaycana payız gəlib
Baş nazirin sabiq müavini Abbas Abbasov saxlanılıb? - Yenilənib
Tarix: 15-08-2020 15:04 | Bölmə: Siyasət
Baş nazirin sabiq müavini Abbas Abbasov saxlanılıb? - Yenilənib

Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovun DTX tərəfindən həbsindən az sonra daha bir məşhur şəxsin saxlanıldığı iddia edilir.

Reyting.az
Pravda.az-a istinadla xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin sabiq birinci müavini Abbas Abbasov da saxlanılıb.

Abbas Abbasov 1949-cu il avqustun 4-də Gəncə şəhərində anadan olub.

1973-cü ildən Abşeron rayonunun quşçuluq sənayesi sahəsində baytar həkim, sex rəisi, 1979-1982-ci illərdə Bakı Broyler Fabrikinin direktoru, 1982-ci ildən Özbəkistan Respublikasının quşçuluq təsərrüfatlarında direktor müavini, 1983-1989-cu illərdə Özbəkistan SSR Dövlət Quşçuluq Sənayesi Komitəsi sədrinin müavini, 1989-cu ildən Abşeron Quşçuluq Aqrar-İstehsalat firmasının baş direktoru, 1990-1991-ci illərdə Abşeron Rayon Partiya Komitəsinin birinci katibi, rayon XDS İcraiyyə Komitəsinin sədri, Azərbaycanın Dövlət müşaviri vəzifələrində işləyib.

1992-ci ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu dövr ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib.

Hazırda o, Moskvada yaşayır və "AST Şirkətlər Qrupu" nun vitse-prezidenti və Müstəqil Dövlətlər Biriliyi (MDB) Dinlərarası Şurasının Qəyyumlar Komitəsinin həmsədridir. 1990-1995-ci ildən Azərbaycan Respublikasının xalq deputatı olub.

***

Qeyd edək ki, Abbas Abbasovun oğlu, sabiq deputat Aydın Abbasov atasının saxlanılması ilə bağlı yayılan məlumata münasibət bildirib. Aydın Abbasov deyib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Qeyri-ciddi söhbətlərdir. Belə təxribat xarakterli söhbətlərə inanmayın”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}