Rusiya Qarabağa əlavə xilasedicilər qrupu göndərib
Tarix: 06-12-2020 11:09 | Bölmə: Siyasət
Rusiya Qarabağa əlavə xilasedicilər qrupu göndərib

Rusiya Fövqəladə Hallar Nazirliyi Dağlıq Qarabağda humanitar missiyanın yerinə yetirilməsi üçün pirotexnika, kinoloqlar və psixoloqlar göndərib.

Bu barədə “TASS”a qurumun mətbuat xidmətindən məlumat verilib.

FHN-nin nümayəndəsi bildirib ki, dkabrın 6-da Rusiyanın Fövqəladə Hallar Nazirliyinin “İl-76” təyyarəsi Moskvadan əlavə xilasedicilər qrupu ilə uçub. Qrup “Lider” Mərkəzinin kinoloqlarından, pirotexnika və dağ-mədən işçilərindən, rabitəçilərdən, Noginsk Xilasetmə Mərkəzinin mütəxəssislərindən, həmçinin psixoloqlardan formalaşdırılıb.

Təyyarənin göyərtəsində Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin Dağlıq Qarabağda fəaliyyət göstərmələri üçün zəruri avadanlıq və üç sərnişin avtobusu da var.

Reyting.az




Bölməyə aid digər xəbərlər