Rusiya ordusuna yeni bombardmançılar veriblər
Tarix: 10-07-2025 12:36 | Bölmə: Siyasət
Rusiya ordusuna yeni bombardmançılar veriblər

Birləşmiş Təyyarə Korporasiyası rus ordusuna “Su-34” bombardmançı (yaxud qırıcı-bombardmançı) göndərib.

Reyting.az
xəbər verir ki, bu barədə “Rostec” məlumat yayıb.

Təyyarələr bir sıra zavod sınaqlarından keçdikdən və müxtəlif iş rejimlərində yoxlanıldıqdan sonra orduya təhvil verilib.

Ruslar bu il döyüş təyyarələrinin istehsalını artırmağı planlaşdırırlar.

Qeyd edək ki, Rusiya ordusunun qəbul etdiyi və ya alacağı təyyarələrin sayını hesablamaq kifayət qədər çətindir, çünki ruslar təyyarələrin sayını qeyd etmirlər.

Ehtimal etmək olar ki, indi bir neçə bombardmançı qoşunlara təqdim edilib.

Onu da qeyd edək ki, bu, 2025-ci ildə Rusiya qoşunlarına təhvil verilən “Su-34”-lərin ilk partiyası deyil.

ELÇİN




Bölməyə aid digər xəbərlər