İranlı siyasətçi: “Biz Azərbaycanla bir millət - iki dövlətik”
Tarix: 03-03-2021 18:54 | Bölmə: Siyasət
İranlı siyasətçi: “Biz Azərbaycanla bir millət - iki dövlətik”

“İran və Azərbaycan bir millət - iki dövlətdir”.

Reyting.az
“ISNA”-ya istinadla xəbər verir ki, bunu İranın Məsləhət Şurasının katibi Möhsün Rezayi bildirib.

O, İranın Azərbaycanla bağlı rəsmi mövqeyini bir daha xatırladıb.

Rezayi deyib: “Biz şüar adamları deyilik, “Xürrəmşəhri azad edəcəyik” dedik, azad etdik, 3 aydan da az müddətdə İŞİD-i sona çatdıracağımızı söylədik və onu məhv etdik, odur ki, Azərbaycanın müdafiəsi barədə sözlərimiz də şüar deyil. Biz Azərbaycanla bir millət və iki dövlətik. Xarici İşlər Nazirliyini tənqid edirik, çünki Azərbaycanı qonşu ölkələrimizdən biri kimi qiymətləndirir. Halbuki bu belə deyil. Biz Bakının rus çarlarının əlinə keçməməsi üçün minlərlə insanı şəhid verdik, amma o, əlimizdən çıxdı”.

İranlı siyasətçi sözlərinə əlavə edib: “İllərdir gözləyir və deyirdik ki, görəsən, Azərbaycan nə vaxt müstəqil olacaq. Sonra Ermənistan Dağlıq Qarabağa təcavüz etməklə səhvə yol verdi. Biz ciddi şəkildə bəyan edirik ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibinə qayıtmalıdır. Azərbaycan özü qərar verməlidir və biz məsələyə müdaxilə etməyəcəyik. Amma bu mövzuda gizli əllər işə düşüb və atəşkəs komitəsi İran olmadan Rusiya və Türkiyənin iştirakı ilə yaradılıb. Azərbaycanın güclü və qürurlu, müstəqil bir ölkə olaraq bizimlə olmasını və İranla Azərbaycan arasındakı qardaşlıq münasibətlərini gücləndirməsini istəyirik”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}