Fərid Şəfiyev: “Sərhəddə yeni təxribatların törədiləcəyi istisna deyil”
Tarix: 14-01-2022 13:13 | Bölmə: Siyasət
Fərid Şəfiyev: “Sərhəddə yeni təxribatların törədiləcəyi istisna deyil”

“Qazaxıstan hadisələrindən sonra Ermənistan çalışır ki, geosiyasi vəziyyətdən, sərhəddə olan hadisələrdən nəsə əldə etsin".

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qüvvələrinin orada yerləşdirilməsi ilə bağlı məsələ çox aşağı səviyyədədir. Ermənistan Müdafiə Nazirliyində bəzi şəxslər var ki, vəziyyəti gərginləşdirmək istəyirlər. İnanmıram ki, bu təxribata Nikol Paşinyan razılıq verib. Ola bilsin ki, biz sərhəddə digər belə təxribatları da görə biləyəcəyik”, - o vurğulayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}