17:58 / 22-05-2024
"Şamaxı" çempion olub
Özbəkistan XİN başçısı Ceyhun Bayramova zəng edib
Tarix: 27-01-2023 19:38 | Bölmə: Siyasət
Özbəkistan XİN başçısı Ceyhun Bayramova zəng edib

Bu gün Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror hücumu ilə əlaqədar Özbəkistan Respublikasının xarici işlər naziri vəzifələrini icra edən Baxtiyor Saidov Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

Reyting.az
xəbər verir ki, Özbəkistan naziri baş vermiş bu aktı qəti şəkildə pisləyib, hücum nəticəsində həyatını itirmiş mərhumun ailəsinə və qardaş Azərbaycan xalqına baş sağlığı diləklərini çatdırıb və Azərbaycan tərəfi ilə həmrəyliyini bildirib.

Nazir Ceyhun Bayramov Özbəkistanlı həmkarına öz minnətdarlığını bildirib, bu cinayəti törədənlərin və onun sifarişçilərinin ən qısa zamanda məsuliyyətə cəlb edilməsi və cəzalandırılması üçün Azərbaycan tərəfinin bütün mümkün vasitələrdən istifadə edəcəyini qeyd edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}