Ruslar SES-i niyə partladıb? - Fotolar
Tarix: 06-06-2023 12:17 | Bölmə: Slayd
Ruslar SES-i niyə partladıb?

Kaxovskaya su elektrik stansiyasının (SES) partladılması Putin rejiminin panikasından xəbər verir.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirib.

Baş Kəşfiyyat İdarəsi qeyd edir ki, düşmən belə bir terror aktı törətməklə həm də ukraynalı əsgərlərin hərəkətlərini çətinləşdirməyə çalışır.

“Bu terror aktı Putin rejiminin panikasının əlamətidir və Ukrayna Təhlükəsizlik və Müdafiə Qüvvələrinin hərəkətlərini çətinləşdirmək cəhdidir. Bu, şübhəsiz ki, hərbi cinayətlərin törədilməsində iştirak edən hər kəsi gözləyən beynəlxalq tribunalda sanballı sübuta çevriləcək”, - Baş Kəşfiyyat İdarəsi bildirir.



Kəşfiyyat əlavə edib ki, Kaxovskaya SES-in bəndinin dağıdılması səbəbindən Zaporojye AES-də fəlakət təhlükəsi artır, çünki soyuducu gölməçələrin doldurulması Dneprdəki suyun səviyyəsindən asılıdır.

Kəşfiyyat məlumatlarına görə, ruslar Kaxovskaya SES-i minalayır. Xüsusilə, 2022-ci ilin aprelində əlavə olaraq dayaqları və qıfılları minalayıblar və bəndin özünə partlayıcı maddələr olan yük maşınları yerləşdiriblər.

“Ukrhidroenerqo”dan bildiriblər ki, SES-i bərpa etmək mümkün deyil və yaxın dörd gün ərzində Kaxovka su anbarı boşalacaq.



Baş nazir Denis Şmıxal bildirib ki, bəndin partlaması nəticəsində 80-ə qədər yaşayış məntəqəsini su basma təhlükəsi var. Ukraynada daşqın təhlükəsi olan ərazilərdən əhalini təxliyə etməyə hazırlaşırlar. Qeyd edilir ki, Xerson da su altında qala bilər.

Onu da qeyd edək ki, Kaxovskaya SES-in bəndi gecə saatlarında partladılıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}